“Mərkəzi Bankın məqsədi pul qazanmaq yox, qiymətlərin sabitliyini təmin etmək, aşağı salmaq olmalıdır”
İqtisadiyyat
2656
23 Jun 2023 | 14:44

“Mərkəzi Bankın məqsədi pul qazanmaq yox, qiymətlərin sabitliyini təmin etmək, aşağı salmaq olmalıdır”

Milli Məclisdə banklarla bağlı müzakirələr zamanı çıxış edən deputat Əli Məsimli tənqidi fikirlərini səsləndirib.
 
Qeyd edib ki, Mərkəzi Bank özünün funksiyalarını yerinə yetirməklə məşğul olmalıdır, amma biz bunu görmürük: “Qeyd olunur ki, Mərkəzi Bankın fəaliyyəti yoxlanılmalıdır. Mərkəzi Bankın fəaliyyəti niyə yoxlanılmamalıdır? Ötən ilin mart ayında Azərbaycanda 3,2 faiz inflyasiya olub. MDB üzrə inflyasiya göstəricisi 2 faiz təşkil edib. Bizdə inflyasiyanın artım tempi MDB-dən yüksəkdir. Mərkəzi Bank 8,3 faiz inflyasiya proqnozlaşdırır və bu, birrəqəmli inflyasiyadır”. Ə.Məsimli Mərkəzi Bank rəhbərliyinə xitabən bildirdi ki, aradakı fərqə aydınlıq gətirilməlidir: “Mərkəzi Bankın məqsədi pul qazanmaq yox, qiymətlərin sabitliyini təmin etmək, qiymətləri aşağı salmaq olmalıdır. Amma təəssüf ki, bunu görmürük. Digər tərəfdən başqa ölkələrdən yüksək olan infliyasiyanın səbəbi açıqlanmalıdır”.
 
 
Link kopyalandı!
Son xəbərlər