“Suraxanı maşınqayırma zavodu” ASC 2022-ci ilin maliyyə hesabatlarını açıqlayıb.
2022-ci ildə zavodun xalis mənfəəti 2021-ci ilə nisbətən 32.5% artaraq 376 min 384 manat təşkil edib. 2021-ci ildə “Suraxanı mașınqayırma zavodu” 284 min 80 manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə əsas əməliyyat gəlirləri 7 milyon 685 min təşkil edən zavodun əməliyyat xərcləri 5 milyon 995,7 min manata bərabər olub. Bu dövrdə zavodun ümumi mənfəəti 1 milyon 689.3 min manat olub ki , bu rəqəm 2021-ci illə müqayisədə 21.5% çoxdur.
Ötən il “Suraxanı maşınqayırma zavodu” ASC 94 min 96 manat mənfəət vergisi ödəyib.
2022-ci ildə zavodun pul vəsaitlərinin həcmi ziddi şəkildə azalıb. Belə ki, ötən il zavodun pul vəsaitlərinin həcmi 79 dəfə azalaraq 49 min 509 manat təşkil edib. 2021-ci ilin sonunda zavod 3 milyon 923 min 103 manat vəsaitə malik idi.
Ötən il zavod kiçilib. Belə ki, 2022-ci ildə “Suraxanı maşınqayırma zavodu” ASC-nin cəmi aktivləri 2021-ci illə müqayisədə 0.9% azalaraq 9 milyon 814 min manat təşkil edib. Bu dövrdə öhdəliklərin həcmi isə 2.9% azalaraq 4 milyon 762,4 min manata bərabər olub.
2023-cü il yanvar ayının 1-nə “Suraxanı maşınqayırma zavodu” ASC-nin cəmi kapitalı 5 milyon 51.5 min manat təşkil edib.