Dünya Bankı (DB) 2026-ci ilə kimi Azərbaycanda əsas kapitala qoyuluşla bağlı proqnozunu yeniləyib.
Əsas kapitala investisiyalar 2022-ci ildəki 4,5%-dən, 2023-cü ildə 3,2%-ə enəcək.
Dünya Bankı 2024 və 2025-ci illər üzrə isə əsas kapital qoyuluşunun 3,3% artacağını proqnozlaşdırıb.
Bank 2026-cı ilə kimi özəl və dövlət sektoru üzrə xərcləmələrin dinamikasının azalacağını proqnozlaşdırıb. Özəl sektor üzrə xərcləmələrin 2023-cü ildə real ÜDM-in 4%-ni (2022-ci ilin oktyabr proqnozu ilə müqayisədə 0,5% az), 2024 (əvvəlki proqnozdan 0,4% az ) və 2025-ci illərdə isə 3,6%-ni təşkil edəcəyi təxmin edilir.
Dünya Bankı dövlət xərcləmələri ilə bağlı proqnozunu isə dəyişməyib. Dövlət xərcləmələrinin real ÜDM-də payı 2023-cü ildə 4,2%, 2024 və 2025-ci illərdə isə 3,1% təşkil edəcəyini proqnozlaşdırılıb.
DB 2023-2025-ci illərdə məhsul və xidmətlərin ixracının real ÜDM-də payını müvafiq olaraq 0,8%, 1,6% və 1,8% proqnozlaşdırıb. Məhsul və xidmətlərin idxalının real ÜDM-də payı isə 2023-2025-ci illərdə 2,7% təşkil edəcək.