Dövlət başçısı:
İqtisadiyyat
3476
24 Oct 2022 | 15:22

Dövlət başçısı: "Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub"

"Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub".
 
Moderator.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatla çıxışı zamanı deyib.
 
"O ki qaldı ikitərəfli gündəliyimizə, əlbəttə ki, ticarət dövriyyəmizin artması bizi sevindirir. Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşır. Əlbəttə ki, Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub və bu sərmayə qarışılıqlı, faydalı sərmayədir. Çünki hər iki tərəfin maraqlarına cavab verir", - dövlət başçısı bildirib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər