Nazirin obyekti ətrafında müəmmalı oyunlar gedir
Oxunub: 2736
09 Dec 2013 | 09:44

Nazirin obyekti ətrafında müəmmalı oyunlar gedir
Ötən saylarımızda səhm zərfi energetika naziri Natiq Əliyevə və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərova məxsus olan “Xətai Tikinti Mexanizasiya” ASC-nin əmlakının talan edilməsi ilə bağlı məlumat vermişdik. Məsələ ilə bağlı “Yeni Müsavat”a yeni məlumatlar daxil olub.

Bir vaxtlar gəliri yığıb-yığışdırmaqla qurtarmayan, indi isə müflisləşmə həddinə gətirilib çıxarılan “Xətai Tikinti Mexanizasiya” ASC-nin ətrafında müəmmalı proseslər səngimək bilmir. Dekabrın 27-də səhmdarlarının ümumi yığıncağının keçiriləcəyi bir dövrdə məlum olub ki, iri səhmdarlar tez-tələsik “gəmini tərk ediblər”. Bu barədə qəzetimizə ASC-nin səhmdarı Hafiz Babalı məlumat verib.

“A” planı işə salındı 

Səhmdarın sözlərinə görə, çoxsaylı “kiçik” səhmdarlar əmindirlər ki, bu, cəmiyyətin əmlakını ələ keçirmək üçün adının hallanmasından xoşlanmayan iri payçıların aldadıcı manevrindən başqa bir şey deyil: hamının sözləşibmiş kimi səhmləri bir nəfərə satması qəribə görünmürmü? Axı hələ 2007-ci ildə aktivləri 4 milyon manatı aşan, indi isə ödəmə qabiliyyətini itirən, yəni faktiki olaraq müflis bir müəssisənin səhmlərinə nabələd adam tamah salmazdı. Hadisədən səhmdarlar rəsmi yolla, yəni Bakı Fond Birjası (BFB) vasitəsilə deyil, özəl mənbələr vasitəsilə xəbər tutublar. Qanunvericiliyə əsasən, səhmlərin 10 faizindən çoxuna nəzarət edən şəxslər səhmləri ilə əqdlər bağladıqda, ictimaiyyət bu barədə BFB vasitəsilə məlumatlandırılmalıdır.


Cəmiyyətin yeni iri səhm sahibinin adı isə hələlik gizli qalır. Deyilənə görə, “cazibə mərkəzi”ndə cəmiyyətin istifadəsində olan Sabunçu rayonu, Anaşkin küçəsi-4 ünvanda yerləşən 4 hektarlıq torpaq sahəsidir. Digər maraqlı məqam isə ondan ibarətdir ki, energetika naziri Natiq Əliyevin oğluna məxsus olan “Qold İnvest” MMC (37,7 min ədəd səhm və ya nizamnamə kapitalının 17,64 faizi) payçılar arasında qalmaqda davam edir və bu, tərəflər arasında ziddiyyətdən xəbər verir. Eyni zamanda mülkiyyət uğrunda ciddi savaşın olacağı da qaçılmazdır.  

Yeni səhm sahibinin səhmdar cəmiyyətini əvvəlki dövrlərdə faktiki idarə etmiş Ramiz Rzayevin adamı olduğu güman edilir. Sənaye və Energetika Nazirliyi ləğv edildikdən sonra yeni yaradılan İqtisadiyyat və Sənaye Nazirliyinə transfer etmiş bu şəxsin qurduğu hiyləgər plana əsasən, səhmdar cəmiyyətinin ləğv edilməsi haqqında qərar səs çoxluğundan yararlanmaqla qəbul etdiriləcək. Hətta bu məqsədlə səhmdarlara təzyiq etmək nəzərdə tutulur. Belə ki, ötən yığıncaqda aparılan videoçəkilişlərin internetdə yayımlanması bəzilərini qəzəbləndirib. 


İkinci addım olaraq, “Bank Technique” ASC-yə olan borcun ödənilməsi bəhanəsilə cəmiyyətin əmlakı təxminən 1,5-2 milyon manata qiymətləndirilməklə hərracda satılması tamaşası qurulacaq. Əmlakı isə bir başqası deyil, elə yeni səhmdar alacaq. Borclar bağlandıqdan sonra isə kiçik səhm zərflərinə sahib olan şəxslərə cüzi məbləğdə pul ödəniləcək, bununla da məsələ qapadılacaq. 

Planın qaranlıq tərəfləri 

Amma bu planın nə dərəcədə keçərli olacağı şübhə doğurur. Məsələ burasındadır ki, 2010-cu ildə cəmiyyətin Maştağa qəsəbəsindəki 2 nömrəli tikinti-quraşdırma idarəsi Ramiz Rzayev tərəfindən qanunvericiliyə zidd üsullarla ələ keçirilib. Ancaq ümumi yığıncaqdan keçən müddətdə SC-nin nizamnamə kapitalına müvafiq düzəlişin edilməsi tamamlanmayıb. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) tez-tələsik R. Rzayevin həyat yoldaşına məxsus səhmlərin bir hissəsini dövriyyədən çıxarması nəticəsində hazırda “Xətai Tikinti Mexanizasiya” ASC-nin nizamnamə kapitalı iki fərqli məbləğlə ifadə olunur. SC-də isə rəsmi dövlət qeydiyyatı orqanı olan Vergilər Nazirliyinin qeydiyyat məlumatlarına deyil, QKDK-nın məlumatına istinad edirlər.

Elə Maştağadakı əmlakı da R. Rzayev “tam uda bilməyib”: təhvil-təslim aktı imzalansa da, hazırda baxımsızlıqdan dağıdılmış vəziyyətə gətirilən əmlakın cəmiyyətdən ayrılması faktı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində rəsmən qeydə alınmayıb. Səhmdarlar bu qənaətdədirlər ki, R. Rzayev “bir güllə ilə bir neçə dovşan vurmaq sitəyir”. Yəni həm köhnə əyər-əskikləri ört-basdır edəcək, həm də Sabunçudakı əmlakın şəriksiz sahibi olacaq.   

Bu arada məlum olub ki, ASC-nin səhmlərinin 12,94 faizinin mülkiyyətçisi Sahib Qasımov, eləcə də digər payçılar əmlak payı götürməkdə israrlıdırlar. Onlar hesab edirlər ki, kreditorlar ilə hesablaşma üçün əmlakın hamısının satılması düzgün deyil və səhmdarların əmlak payı almaq hüququ pozulmamalıdır. Beləliklə, indidən ehtimal etmək olar ki, müəssisənin ləğv olunması gərgin keçəcək.   
 
“Etibar limiti” bitib

Bu arada həmçinin, “Xətai Tikinti Mexanizasiya” ASC-nin “Bank Technique” ASC ilə kredit münasibətlərinin pərdəarxası üzə çıxıb. Məlum olub ki, şirkətin Müşahidə Şurasının sədri olmuş Ramiz Rzayevlə bankın o zamankı Müşahidə Şurasının sədri Etibar Əliyev quda imiş. E.Əliyev qalmaqallı bir şəkildə bankın idarə olunmasından uzaqlaşdırıldıqdan sonra bankın SC-yə olan “etibar krediti” də bitib. Bu ilin iyul ayında 03.12.2009-cu il tarixdə bağlanmış kredit müqaviləsi bankın yadına düşüb və məhkəməyə borcun tələbi barədə iddia verilib. Təqdim olunmuş iddia məktubunda və iddia ərizəsində göstərilir ki, kredit müqaviləsinə əsasən, “Xətai Tikinti Mexanizasiya” ASC-yə mal-material alınması məqsədilə istifadə edilmək üçün illik 18 faizlə 144 min 500 manat məbləğində kredit verilib. Lakin kredit təyinatı üzrə istifadə edilməyib. Bankın bu iddiasına dəlalət edən və səhmdarların aşkar etdikləri fakt ondan ibarətdir ki, ASC-nin 2009-cu il üzrə vergi orqanına təqdim etdiyi “Mənfəət vergisi bəyannaməsinə Əlavə â„–1"ə əsasən dövr ərzində 144 min 500 manat kredit vəsaiti daxil olub. Bu vəsaitdən əvvəlki dövrdə alınmış 86 min 645 manat məbləğində bank kreditinin ödənilməsinə silinib, necə deyərlər, ”kredit kreditlə bağlanıb". Cəmiyyətin başqa şirkətlərdən aldığı avansların geri qaytarılmasına 23 min 303,39 manat yönəldilib. Kreditin 41 min 605,58 manatı isə dövlət büdcəsinə vergi öhdəliklərinin icrasına sərf olunub. 

Növbəti  2010-cu il üzrə “Mənfəət vergisi bəyannaməsi”ndən isə görünür ki, xammal və material alınmasına cəmi 14 min 213 manat  32 qəpik xərclənib. Beləliklə, bank kreditindən istifadə vəziyyəti və iddia olunduğu kimi mal-material sərfinə yönəldilən vəsaitin real məbləği bir daha sübut edir ki, SC-nin rəhbərliyi krediti təyinatı üzrə istifadə etməyib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddia tələbini tam təmin etmək haqqında hələ bir neçə ay öncə qətnamə çıxarsa da, hələ ki, müəyyən səbəblərdən tərəflərə təqdim etməyib. 

Banka olan borc məbləği “qıcqırma effekti” verərək, bu müddət ərzində əsas borc 120 min 224 manat olmaqla, 327 min 487 manat 67 qəpiyə çatıb. Bu amildən isə təkcə bank yox, Ramiz Rzayev də öz xeyrinə yararlanmaq istəyir. Belə ki, borc öhdəliyinin yerinə yetirilməməsi əmlakın hərrac yolu ilə satılması adıyla ələ keçirilməsi üçün əsl göydəndüşmə fürsətdir. Amma bu işin bir əmması da var. 

Belə ki, Cinayət Məcəlləsinin 195-ci maddəsinə əsasən, qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə külli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Bir ASC-nin iki nizamnamə kapitalı 

Fürsətdən yararlanmağı isə R. Rzayev ən son 2010-cu ildə təcrübədən keçirib. Belə ki, “Xətai Tikinti Mexanizasiya” ASC-nin səhmdarlarının 6 avqust 2010-cu il tarixli ümumi yığıncağı səhmdar cəmiyyətin balansında olmuş Bakı şəhəri, Maştağa qəsəbəsi, M. Hüseynzadə küçəsi -1 ünvanında yerləşən əmlak kompleksi onun istifadəsində olan 17 min 861,9 kvadratmetrlik torpaq sahəsi ilə birlikdə qardaşı oğlu Kamran Eyvaz oğlu Yadigarova və həyat yoldaşı Vədiyyə Abuzər qızı Rzayevaya səhmlərinin payı olaraq verilməsi haqqında qərar qəbul edilib. Qərarın icrası ilə əlaqədar ASC-nin İdarə Heyətinə səhmdarlar K.Yadigarovun və V.Rzayevanın səhmdar cəmiyyətdən ayrılmaları və səhmləri müqabilində onlara yuxarıda qeyd olunan əmlakın verilməsi ilə əlaqədar nizamnaməyə dəyişiklik edilməsi məsələsinin mövcud qanunvericiliklərə uyğun olaraq Vergilər Nazirliyi Bakı şəhəri Vergi Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsində və digər aidiyyəti qurumlarla rəsmiləşdirilməsi, qısa müddət ərzində təhvil-təslim əməliyyatının həyata keçirilməsi və bu məsələnin müvafiq mühasibat sənədlərində nəzərə alınması tapşırılıb. Bakı şəhəri Vergilər Departamentinin sənədində cəmiyyətin nizamnamə kapitalı əvvəlki kimi 502 992 manat təşkil etdiyi göstərilir. Amma Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi hələ 2010-cu il 4 noyabr tarixində “Xətai Tikinti Mexanizasiya” ASC-nin nizamnamə kapitalının “səhmlərin geri satın alınması və ödənilməsi” yolu ilə azaldılması haqqında qərarı icra edib. ASC-nin 37 min 745 ədəd səhmlərinin dövriyyədən çıxarılması ilə bağlı qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlər edilib. 

Komitə səhmlərin geri satın alınması və ödənilməsi haqqında danışsa da, qərarda bu barədə bir şey deyilmir. Görünür QKDK-nın da bu əməliyyatda hansısa maraqları olub. Əks halda, belə bir oyuna gedilməyə cürət edilməzdi. QKDK məsələni yoluna qoyduqdan sonra ASC-nin mühasibat sənədlərində əsas vəsaitlərə dair göstəriciləri dəyişdirərək 2 saylı tikinti-quraşdırma idarəsinin əmlakının təhvil-təslimini aparıb. Amma bu mühüm hərəkətlər həyata keçirilərkən nədənsə vergi orqanı məlumatlandırılmayıb. 

Səhmdarlar yol verilmiş bu və digər qanun pozuntuları ilə bağlı səhmdar cəmiyyətinə vurulan zərərin ödətdirilməsi və vergi hüquqpozmalarının aradan qaldırılması tələbi ilə məhkəməyə və Vergilər Nazirliyinə müraciət ediblər. Hazırda iş üzrə məhkəmə araşdırmaları davam edir. Vergilər Nazirliyinin Vergi Auditi Departamenti isə faktları araşdırır.

İki fərqli nizamnamə kapitalı ilə ləğvetməyə gedilməsini də səhmdarlar normal qarşılamırlar. Onların fikrincə, 6 avqust 2010-cu il tarixində keçirilmiş ümumi yığıncağın doğurduğu situasiyaya uyğun addımlar atılmadan, eləcə də cəmiyyətin bundan dolayı üzləşdiyi zərərlər kompensasiya edilmədən “Xətai Tikinti Mexanizasiya” ASC-nin ləğv edilməsinə yol verilə bilməz.

Bu məsələdə adı əsas fiqur kimi keçən Ramiz Rzayev energetika naziri Natiq Əliyev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərovun ASC-dəki biznesini idarə edən şəxsdir. R.Rzayevlə A.Əsgərov həm də qohum və həmyerlidirlər (hər ikisi əslən Tovuz rayonundandır). Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Yazıda adı çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq. 
Oxşar xəbərlər
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
09:04, Bu gün
Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri
08:47, Bu gün
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
08:46, Bu gün
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək
08:44, Bu gün
Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb
08:35, Bu gün
Alimlər Günəş fırtınalarının insanlar üçün təhlükəli nəticələrini açıqlayıblar
08:29, Bu gün
Xalq şairi Rəsul Rzanın doğum günüdür
08:26, Bu gün
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
08:24, Bu gün
Əfqanıstanda sel həyatı iflic etdi: Kütləvi ölüm, viran qalan şəhər - VİDEO
08:22, Bu gün
Rusiyada 40-dan çox bağ evi və yardımçı tikililər yanıb
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:15, Bu gün
“iPhone 16” istehsala hazırlaşır
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:07
Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:12
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
18 May 2024 | 19:08
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
GÜNLÜK
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 13:10
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
18 May 2024 | 12:56
Bazar gününün HAVASI AÇIQLANDI
18 May 2024 | 13:07
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
18 May 2024 | 13:04
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
18 May 2024 | 13:26
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
AYLIQ
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 13:10
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
18 May 2024 | 12:56
Bazar gününün HAVASI AÇIQLANDI
18 May 2024 | 13:07
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
18 May 2024 | 13:04
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
18 May 2024 | 13:26
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO