Rusiyanın pomidor və turist qadağası: Ankara ilə Bakının “b planı” varmı...
İqtisadiyyat
Oxunub: 1437
22 Apr 2021 | 09:37
Rusiyanın pomidor və turist qadağası: Ankara ilə Bakının “b planı” varmı...
Azərbaycan istehsalçıları qısa müddətdə ixracı şaxələndirə bilərlər.
 
Rusiyanın müxtəlif ölkələrlə münasibətlərində iqtisadi təzyiq mexanizmlərindən istifadə etməsi artıq heç kimdə şübhə doğurmur. 2014-cü ildəki təyyarə olayından sonra Türkiyədən pomidor idxalını qadağan edən Moskva indi də öz vətəndaşlarının bu ölkəyə turist səfərlərinə qadağa qoyub. Ayyarımlıq qadağa 533 min rus turistin Türkiyəyə səfərini əngəlləyir. Əksər müşahidəçilər 15 aprel-1 iyun tarixləri üçün tətbiq edilən qadağanın bütün yay mövsümü ərzində aradan qaldırılmayacağını proqnozlaşdırırlar. Bu isə illik sayı 7 milyon nəfərə çatan rus turistlərin Türkiyəyə getməsinə imkan verilməyəcəyi deməkdir.
 
2020-ci ildə pandemiyadan böyük zərər görən Türkiyənin turizm sektoru üçün bu, kifayət qədər ciddi zərbə ola bilər. Buna görə də Türkiyə hökuməti dərhal hərəkətə keçib. Bu həftə prezident Rəcəb Tayib Ərdoğan turizm şirkətlərinin rəhbərləri ilə görüşərək yaranmış vəziyyəti müzakirə edəcək. Bundan əlavə,Türkiyənin xarici işlər və turizm nazirləri Rusiyaya gedəcək, ölkədəki turizm şirkətlərinin koronavirusa yoluxmanı önləmək üçün atdıqları addımlar barədə müvafiq strukturları məlumatlandıracaqlar. Daha bir addım turist sayının artması gözlənilən Ukraynadan gələnlərə xüsusi kampaniyaların tətbqi edilməsi olacaq. Bundan əlavə, Rusiyanın əksər turizm şirkətləri qadağadan yayınmaq üçün turistlərin Türkiyəyə başqa ölkə üzərindən göndərilməsi planını təklif edirlər. Türkiyə tərəfi əlavə uçuşlara görə yaranacaq xərclərin bir hissəsini qarşılamaq məsələsini müzakirə edəcək. Beləliklə, Türkiyə hökuməti Rusiyanın qərarının ölkənin turizm sektoruna zərərini minimuma endirmək üçün çoxsaylı tədbirlər hazırlamaqdadır.
 
 
Qeyd edək ki, ötən ilin dekabrından Azərbaycan da Rusiyanın iqtisadi qadağaları ilə üzləşib: Bu ölkəyə Azərbaycan istehsalı olan pomidor və almanın idxalı qadağan edilib. Rəsmi olaraq bu qərarın hər iki məhsulumuzda zərərvericilərin aşkarlanması ilə izah edilsə də, əksər müşahidəçilər onun arxasında Azərbaycanı cəzalandırmaq istəyinin dayandığını açıq bəyan edirlər. Ötən müddət ərzində xeyli şirkət üçün qadağa aradan qaldırılsa da, tətbiq olunan məhdudiyyət pomidor və alma ixracına ciddi təsir göstərib. Rusiyanın dekabrdan bəri Azərbaycandan pomidor və alma idxalına tətbiq etdiyi qadağa 24 milyon dollardan yuxarı zərərə gətirib. Belə ki, keçən il xaricə 32 min 769.68 ton pomidor sataraq bundan 43 milyon 926.80 min dollar, 18 min 186.58 ton alma sataraq 7 milyon 752.86 min dollar əldə etmişdik. Bu ilin birinci rübündə pomidor ixracımız 19 min 516.09 ton, gəlirimiz 21 milyon 259.52 min dollar, alma ixracımız 14 min 131.13 ton, gəlirimiz isə  5 milyon 611.11 min dollar olub. İki məhsul üzrə gəlirimiz 51 milyon 679,66 min dollardan 26 milyon 870,63 min dollara qədər azalıb.
 
 
Rusiya yalnız pomidor və alma deyil, bütövlükdə Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracında 90 faizdən yuxarı paya malikdir. Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin iki ayında Azərbaycandan xaricə ümumilikdə 66 min 740 ton meyvə-tərəvəz ixrac olunub. Bunun çox böyük hissəsi Rusiyaya reallaşdırılıb: 707,3 ton təzə kartofun 468,7 tonu, 13 min 664,36 ton pomidorun 11 min 714,93 tonu, 234,11 ton ispanağın 228,36 tonu, 726,93 ton xiyarın hamısı, 7 min 281,95 ton almanın 6 min 690,23 tonu, 37 min 111,57 ton təzə xurmanın 32 min 775,46 tonu  Rusiyaya satılıb. Biz təkcə xurmanın satışından 2021-ci ilin birinci rübündə 31,8 milyon dollar gəlir əldə etmişik. Nəzərə alsaq ki, xurma ixracımızın da 90 faizdən çoxu Rusiyaya reallaşır, o zaman bu məhsulun ixracında da şimal qonşumuzdan asılı olduğumuzu görərik.
 
Son həftələrdə Rusiya ilə Azərbaycan arasında münasibətlərin xeyli gərginləşməsi diqqəti cəlb edir. Rusiya tərəfinin Xankəndi və ətrafında sülhməramlı əməliyyatını erməni separatizmini müdafiə əməliyyatına çevirmək cəhdləri Bakının haqlı və kəskin etirazları ilə üzləşməkdədir. Bundan əlavə, Şuşa şəhəri ərazisində tapılan “İsgəndər-M” raketi qalıqları Rusiya ilə Azərbaycan arasında münasibətlərdəki gərginliyi daha da artırıb. Belə bir şəraitdə Rusiya        Azərbaycandan pomidor və almadan əlavə, digər kənd təsərrüfatı məhsullarına da idxal qadağası tətbiq edərsə, Azərbaycan hansı addımlar ata bilər? Hökumət Rusiyaya ixracyönümlü aqrar istehsalçıları dəstəkləmək, ixrac istiqamətlərini diversifikasiya etmək üçün nələr edər, yaxud etməlidir?
 
Onu da qeyd edək ki, Azərbaycanda dövlət aqrar məhsulların ixracını stimullaşdırmaq üçün müxtəlif dəstək tədbirləri həyata keçirməkdədir: bura məhsulların tanıdılması üçün istehsalçı müəssisələrin müxtəlif ölkələrdə keçirilən sərgilərdə iştirakını təmin etməkdən tutmuş, ayrı-ayrı ölkələrdə ticarət evlərinin açılmasına, ixrac təşviqinin ödənilməsinə qədər çoxsaylı alətlər daxildir. Lakin indiyədək müşahidə etdiyimiz təcrübə göstərir ki, bu alətlər ixracın diversifikasiyası üçün yetərli olmayıb. Bu isə şimal qonşumuzdan gələn təhdidlər qarşısında aqrar istehsalçılarımızın çox həssas durumda olmasından xəbər verir.
 
Təcrübə onu da göstərir ki, hökumətin zəruri dəstəyi və ixracatçıların istəyi olduqda, ixrac bazarlarının coğrafiyasını genişləndirmək mümkün olur. Azərbaycanda İnvestisiyaların və İxracın Təşfiqi Fondunun(AZPROMO) yaxından dəstəyi ilə dekabrdan bəri həyata keçirilən tədbirlər nəticəsində Azərbaycandan pomidor ixracının coğrafiyasını xeyli genişləndirmək mümkün olub. Rəsmi statistikadan aydın olur ki, bu ilin ilk 2 ayında Belarusa 467,98 ton, Qazaxıstana 666,32 ton, Ukraynaya 88,6 ton, daha az miqdarda Türkmənistan və Moldovaya, Birləşmiş Ərəb Əmirliklərinə 110,55 ton, Estoniyaya 18,16 ton, Gürcüstana 526,72 ton, Polşaya 35,07 ton pomidor satmağa müvəffəq olmuşuq. Aydın məsələdir ki, bu, iki ayda 11 min tondan yuxarı olan Rusiyaya ixracı əvəzləmək üçün yetərli deyil, amma prosesin başladılması özü kifayət qədər ciddi addım hesab edilə bilər.
 
 
Qarşıdan meyvə-tərəvəzin ən çox istehsal edildiyi yay mövsümü gəlir. Bu mal qrupu ölkənin qeyri-neft ixracının mühüm hissəsini təşkil edir. Belə ki, 2020-ci il ərzində ümumilikdə meyvə-tərəvəz ixracımız 606 min 555.90 min ton təşkil edib. Bundan ölkəyə 607 milyon 511.33 min dollar gəlir daxil olub. Bu ilin birinci rübündə 89 min 906.74 ton meyvə-tərəvəzin ixracından 97 milyon 231.23 min dollar vəsait daxil olub. Ötən ilin eyni dövründə isə 84 min 598.82 ton meyvə-tərəvəzin ixracından 113 milyon 231.89 min dollar əldə etmişdik. Bu isə o deməkdir ki, Rusiyanın yalnız alma və pomidorun idxalına tətbiq etdiyi məhdudiyyət Azərbaycanın ümumi aqrar ixracında 16 milyon dollar azalmaya səbəb olub. Əgər qadağalar digər məhsulları da əhatə edərsə, aqrar məhsulların ixracı dəfələrlə aşağı düşə, Azərbaycan istehsalçıları yüz milyonlarla dollar zərərlə üzləşə bilərlər.
 
Müstəqil ekspertlər xüsusilə son illərdə aqrar ixracda Rusiyadan asılılığın güclənməsinin Azərbaycan üçün ciddi təhdidlər formalaşdırdığını bildirirərək, hökumətin ixracın diversifikasiyası üçün zəruri addımlar atmağa çağırırlar. Ötən ilin payızından bəri yaranan şərtlər, Azərbaycanın öz ərazilərini silah gücünə erməni işğalından azad etməsi, Rusiyanın hərbi qüvvələrinin sülhməramlı adı altında Qarabağda yerləşməsi kimi faktorlar yaxın və ortamüddətli perspektivdə Moskva ilə münasibətlərin heç də hamar olmayacağından xəbər verir. Xüsusilə şimal qonşumuzun hərbi qüvvələrini “sülhməramlı” adı ilə yerləşdirdiyi bölgələrdən çıxarmaq təcrübəsinin olmadığını nəzərə alsaq, idxal-ixrac (Azərbaycan buğda kimi strateji ərzaq məhsulunun idxalında da 90 faizdən yuxarı Rusiyadan asılıdır - red.) qadağalarının tez-tez tətbiq olunması ehtimalının kifayət qədər real olduğunu söyləyə bilərik. Bu perspektivi nəzərə almaqla həm hökumətin, həm də istehsalçı-ixracatçıların Rusiyadan kənar bazarlar tapmaq istiqamətində fəaliyyətləri genişləndirməsinə ciddi ehtiyac var.
 
Qabığı soyulmuş meşə fındığının ixracı sahəsində son illər müşahidə olunan təcrübə göstərir ki, Azərbaycan şirkətləri ən böyük bazarlardan biri olan Avropa Birliyinin ekoloji tələblərinə uyğunlaşmaqdansa, daha aşağı tələbli Rusiya bazarına fokuslanmağa üstünlük verirlər. Bunun əsas səbəbi Avropa Birliyinin tələblərinə uyğun məhsul yetişdirmək, qablaşdırmaq, emal etmək prosesinin bir qədər yüksək həcmdə vəsait qoyuluşuna ehtiyac yaratmasıdır. İstehsalçı və ixracatçılar əlavə xərclərə getməmək üçün daha yumşaq tələbləri olan bazarlara axışırlar. Halbuki istehsalı, emalı və qablaşdırmanı keyfiyyət və ekoloji standartlar baxımından  Avropa Birliyinin tələblərinə uyğunlaşdırmaqla daha təhülkəsiz bazarlar əldə etmək mümkündür. Bu bazarlarda qiymətlərin yüksək olması hesabına istehsalçı və ixracatçılar qoyduqları sərmayəni daha yaxşı geri götürə biləcəklər.
 
“Yeni Müsavat”
Oxşar xəbərlər
09:13, Bu gün
Lavrov İsrailə qarşı sərt tədbirlərə çağırış etdi
09:07, Bu gün
Soyuqdəymə zamanı bu qidaları yeməyin
08:55, Bu gün
Bu qadınlar heç vaxt ana ola bilməyəcək - Həkimdən ŞOK AÇIQLAMA
08:49, Bu gün
İnternetdəki  sağlamlıq və gözəllik məsləhətlərinin TƏHLÜKƏLƏRİ 
08:35, Bu gün
Bakıda bitum daşıyan yük maşını aşdı, yol bağlandı - FOTO
08:24, Bu gün
İsrail “Hizbullah” komandirlərinin öldürüldüyünü açıqladı
08:16, Bu gün
Ömrü uzadan qidalar - SİYAHI
07:32, Bu gün
İsrail Nəsrullahın bunkerdə iclas çağırdığını öyrəndikdən sonra zərbə endirib...-“NYT”
06:44, Bu gün
"Nəsrullahla əlaqə kəsilib... Ölüb-ölmədiyini söyləmək hələ tezdir...- "Reuters"
00:06, Bu gün
COP29-un Prezidenti Britaniyanın dövlət katibi ilə görüşüb
27 Sep 2024 | 22:52
Azərbaycanın U-17 millisi yoldaşlıq görüşü keçirib
27 Sep 2024 | 22:49
SEPAH hərbi təlimdə azyaşlılardan istifadə edir
27 Sep 2024 | 22:46
İsrail Müdafiə Ordusu Beyrutda "Hizbullah"ın yeraltı bunkerinə zərbə endirib
27 Sep 2024 | 22:43
Pomidoru qış üçün necə hazırlamaq olar? – Çox maraqlı üsul
27 Sep 2024 | 22:34
Kriştianu Ronaldunun qol vurduğu matçda komandası qələbə qazanıb
27 Sep 2024 | 22:25
Zelenski Trampla görüşüb
27 Sep 2024 | 22:23
Qrossi: "Əgər daha çox ölkə nüvə silahına sahib olarsa, ondan istifadə edilə bilər"
27 Sep 2024 | 22:17
“Nar” və “YAŞAT” Fondu ilə birgə şəhid ailələri üçün layihə həyata keçirilib
27 Sep 2024 | 22:17
Norveçin xüsusi nümayəndəsi: Dünyada bərpa olunan enerji mənbələrinə böyük tələbat var
27 Sep 2024 | 22:14
"Futbolçuların yox, mənim səhvimdir" - Şahin Diniyev
27 Sep 2024 | 22:09
Bürclər haqqında maraqlı faktlar: Şir bürcünə xas olan şeylər
27 Sep 2024 | 22:07
Bu balqabaq çantası 150 min dollara satıldı – REKORD
27 Sep 2024 | 22:05
Ağdərədə dağıdılan hərbi hissədən eksklüziv görüntülər - VİDEO
27 Sep 2024 | 21:59
Uşaqların yuxu rejimini İDARƏ ETMƏYİN YOLU
27 Sep 2024 | 21:52
Kişilərin qadınlardan daha çox aldatdığı doğrudurmu? - SORĞU NƏTİCƏLƏRİ
27 Sep 2024 | 21:45
Ömür boyu sağlam qalmaq üçün hər gün bu 5 qidanı yeyin
27 Sep 2024 | 21:34
Vüsalə Əlizadə "Xəzər" TV yaxınlığındakı yanğından yazdı: "Bizi təxliyə etdilər"
27 Sep 2024 | 21:27
Bu çörək zavodu məhkəməyə verildi
27 Sep 2024 | 21:18
Niyə burnunuz qaşınır? - Maraqlı İNANCLAR
27 Sep 2024 | 21:10
Ben Cenniferdən sərvətinin yarısını almaq istəyir
27 Sep 2024 | 21:02
Ermənistanın qorxunc planı - Yeni silahlarla Azərbaycana hücum olacaq?
27 Sep 2024 | 20:57
Google keçmiş işçisini geri qaytarmaq üçün 2,7 milyard dollar xərclədi
27 Sep 2024 | 20:49
Təhlükəli kiber müdaxilə : Smartfonlarla pullarınız oğurlanır
27 Sep 2024 | 20:41
Ole Toft: “Yaşıl” keçid iqlim dəyişikliyi problemini həll etmək üçün şərt oldu
27 Sep 2024 | 20:32
Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialında ikinci oyun günü başa çatıb
27 Sep 2024 | 20:25
Netanyahu Qəzzada HƏMAS-ın 24 batalyonundan 23-nün məhv edildiyini açıqlayıb
27 Sep 2024 | 20:17
Britaniyada İLK: Sanksiyalı şəxsə xidmət göstərən şirkət cərimələndi
27 Sep 2024 | 20:07
Özünə aşiq etmək üçün sevgilisinə cadu edirmiş - FOTO
27 Sep 2024 | 19:59
Bu BÜRCLƏR heç vaxt sirrinizi saxlamayacaq: SƏBƏBİ
27 Sep 2024 | 19:49
Qarabağ erməniləri kütləvi şəkildə Ermənistan vəndaşlığına keçirlər
27 Sep 2024 | 19:41
BDU-nun tələbəsi avtoqəzada həyatını itirib
27 Sep 2024 | 19:36
Daxili İşlər Nazirliyində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib
27 Sep 2024 | 19:33
"Fələstin bizim vətənimiz, dədə-baba torpağımızdır və bizim olaraq qalacaqdır" - Mahmud Abbas
27 Sep 2024 | 19:32
Xankəndidə uzun illər Azərbaycana qarşı məkrli planlar hazırlanan binadan GÖRÜNTÜLƏR
27 Sep 2024 | 19:24
Daşkəsənin hərbi komissarı barəsində həbs qətimkan tədbiri seçildi - FOTO
27 Sep 2024 | 19:14
Gültəkin Əsgərovanın qızı və bacıları 30 ildən sonra onun şəhid olduğu yeri ziyarət ediblər
27 Sep 2024 | 19:06
Paytaxtın bir rayonunda işıq olmayacaq - XƏBƏRDARLIQ
27 Sep 2024 | 19:02
ADNSU-nun kollektivi Zəfər parkını ziyarət ediblər - FOTO
27 Sep 2024 | 18:57
Hikmət Hacıyev: Ermənistan Qərbi Azərbaycan icmasına öz evlərinə qayıtmalarına imkan yaratmağa hazır olmalıdır
27 Sep 2024 | 18:49
Nyu-Yorkda Zelenski ilə Tramp arasında görüş keçirilir
27 Sep 2024 | 18:40
Netanyahu BMT Baş Assambleyasında çıxış edəndə ərəb nümayəndə heyəti zalı tərk edib
27 Sep 2024 | 18:35
İlham Əliyev fenomeni: Quduz işğalçı itaətkar qonşuya necə çevrildi?
27 Sep 2024 | 18:32
Əsrin ən yaxşı aktrisalarından sayılan əfsanəvi Meqqi Smit vəfat etdi
27 Sep 2024 | 18:25
Dünya çempionatı zamanı yıxılan velosipedçi ölüb
27 Sep 2024 | 18:16
"Mançester Siti"nin yarımmüdafiəçisi növbəti üç oyunu buraxa bilər
27 Sep 2024 | 18:13
MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirildi - FOTOLAR
27 Sep 2024 | 18:10
ADNSU-da 27 sentyabr - Anım Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
27 Sep 2024 | 18:08
Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
27 Sep 2024 | 18:04
BDU kollektivi Zəfər parkında - FOTO
27 Sep 2024 | 17:59
Husilər ABŞ-yə məxsus gəmilərə 23 ballistik raketlə zərbə endirib
27 Sep 2024 | 17:58
"Dəmir yumruq": Dövlət, ordu və xalq birliyinin təntənəsi - VİDEO
27 Sep 2024 | 17:53
Qazi: "Yuxuda gördüm ki, itirdiyim ayağım yerindədir, oyananda qələbə xəbərini eşitdim" - MÜSAHİBƏ + FOTO
27 Sep 2024 | 17:48
Sərhəddə gərginlik üçün İNFORMATİV ZƏMİN – Fransa, Kanada və digərləri çalışır ki…
27 Sep 2024 | 17:44
Nəsimi rayonunun bəzi küçələrində işıq olmayacaq
27 Sep 2024 | 17:40
Dövlət Komitəsinin kollektivi Zəfər parkında - FOTOLAR
27 Sep 2024 | 17:36
Polkovnik Seymur Qurbanov saxlanıldı
27 Sep 2024 | 17:32
Prokurorluq orqanlarına qəbulla bağlı imtahan bu tarixdə keçiriləcək
27 Sep 2024 | 17:30
“Cəbrayılda ata ocağımda daxmada da yaşayaram, o gecə sevincimdən yatmadım...” - FOTO
27 Sep 2024 | 17:28
“Bir gözümüz güldü, bir gözümüz ağladı, hamımızın onlara borcu var”- Afaq Bəşirqızı
27 Sep 2024 | 17:21
Dövlət Xidmətində Anım Günü tədbirləri keçirilib - FOTOLAR
27 Sep 2024 | 17:17
Laçın şəhərində də 27 sentyabr Anım Günü qeyd edildi...-FOTOLAR
27 Sep 2024 | 17:11
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - AÇIQLAMA
27 Sep 2024 | 17:05
Nazirlərin oktyabr ayında keçiriləcək vətəndaş qəbulu CƏDVƏLİ
27 Sep 2024 | 16:58
İranda əqli viran olanların erməni “eşqi”: hədəfdə Bakıdır
27 Sep 2024 | 16:52
Xəstə uşaqların qanpulunu "yeyən"lər arasında dava düşdü - MƏHKƏMƏ İŞİ
27 Sep 2024 | 16:46
Bərdədə Anım Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
27 Sep 2024 | 16:40
Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti ilə görüşdü - FOTO
27 Sep 2024 | 16:38
Milli Qəhrəman İbad Hüseynov: “27 sentyabr böyük insanların tarixə qızıl hərflərlə həkk etdiyi böyük gündür!”
27 Sep 2024 | 16:32
Xətaidəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
27 Sep 2024 | 16:27
2025-ci ildə bu 4 bürc evlənəcək
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
27 Sep 2024 | 16:16
Qüdrət Qurbanova yeni vəzifə verildi - Heydər Əsədovun yerinə gətirildi
27 Sep 2024 | 16:10
Azad Vətən Partiyasının bir qrup üzvü  Anım abidəsini ziyarət edib - FOTO
27 Sep 2024 | 16:05
Xətaidə yanğına görə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
27 Sep 2024 | 16:05
İsrail Hərbi Hava Qüvvələri Livana yenidən zərbələr endirib
27 Sep 2024 | 16:00
Elektrik və hibrid avtomobillər - Güzəştlər, üstünlüklər və QİYMƏTLƏR
27 Sep 2024 | 15:55
"Ukraynanın qələbəsi üçün Qərb öz yolunu təcili dəyişməlidir" - "The Economist"
27 Sep 2024 | 15:50
İran, Fransa və Hindistandan Ermənistana hərbi yüklərin göndərilməsi gərginliyə səbəb olub - FOTO
27 Sep 2024 | 15:44
"Neftçi" klubunda yeni təyinat - FOTO
27 Sep 2024 | 15:38
Payızda xəstələnməmək üçün bu qidaları qəbul edin
27 Sep 2024 | 15:32
Dünyada hər üçüncü uşaq miopiyadan əziyyət çəkir – Azərbaycanda da yayğındır
27 Sep 2024 | 15:27
ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır
27 Sep 2024 | 15:21
"Xəzər TV"nin işçiləri yanğına görə təxliyə olunub
27 Sep 2024 | 15:15
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO
27 Sep 2024 | 15:06
Baş Prokurorluğun rəhbərliyi Zəfər Parkında - FOTOLAR
27 Sep 2024 | 15:00
Rəqiblərindən üstün QIRICI: Hərbi təyyarə parkımız TAMAMİLƏ YENİLƏNİR – FOTOLAR
27 Sep 2024 | 14:55
"Ukraynada baş verənlər rüsvayçılıqdır" - Tramp Zelenski ilə görüşəcək
27 Sep 2024 | 14:54
Tarix fakültəsinin 28 dəfə istintaqda dindirilmiş dekanı hansı səbəbdən güllələndi?.. 
27 Sep 2024 | 14:50
Abşeronda avtomobillərdən 11500 manat oğurlandı - 4 nəfər tutuldu
27 Sep 2024 | 14:44
"Gəldi, amma dostlarının çiynində"
GÜNLÜK
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
27 Sep 2024 | 10:31
“Solovyovun bu addımı Rusiyada hansısa bir daxili qarşıdurmanın anonsu ola bilər...”
27 Sep 2024 | 09:30
“Solovyova Putinin ali baş komandan kimi istefası haqda təklifi ona görə dedirtdilər ki...”
27 Sep 2024 | 16:32
Xətaidəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
27 Sep 2024 | 11:44
Tərbiyəsiz şagirdlərlə bağlı QƏRAR VERİLDİ: Məktəblərin hörməti, nüfuzu artacaq
27 Sep 2024 | 11:00
İnfarktın 10 gizli əlaməti- EKSPERT AÇIQLADI
27 Sep 2024 | 09:33
İkinci Fəxri Xiyabanda şəhidlərin məzarları ziyarət olunur
27 Sep 2024 | 12:10
İlham Əliyev Zəfər parkında oldu - YENİLƏNİB + FOTO
27 Sep 2024 | 10:21
Ermənistanda dəhşət: morqlarda qalan 88 hərbçi kimdir? - 4 il sonra sirlər açılır
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
21 Sep 2024 | 16:52
Evi “kupçasız” olan vətəndaşların DİQQƏTİNƏ: 1 ildən 3 ilədək həbs gözləyir
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
22 Sep 2024 | 16:55
Bitki yağları zərərlidirmi? - Mütəxəssisdən açıqlama
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
21 Sep 2024 | 21:54
Oktyabr ayının ən şanslı bürcləri - Göyün 7-ci qatında hiss edəcəklər
23 Sep 2024 | 12:50
"Ermənistan bilməlidir ki, bizimlə ultimatum dili ilə danışmaq mümkün olmayacaq"
21 Sep 2024 | 12:01
“Onlar özləri də bilir ki, atamı əvəzləyə bilməyəcəklər”- “Ələkbər əmi”-nin oğlu-FOTO+ÖZƏL
AYLIQ
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
27 Sep 2024 | 10:31
“Solovyovun bu addımı Rusiyada hansısa bir daxili qarşıdurmanın anonsu ola bilər...”
27 Sep 2024 | 09:30
“Solovyova Putinin ali baş komandan kimi istefası haqda təklifi ona görə dedirtdilər ki...”
27 Sep 2024 | 16:32
Xətaidəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
27 Sep 2024 | 11:44
Tərbiyəsiz şagirdlərlə bağlı QƏRAR VERİLDİ: Məktəblərin hörməti, nüfuzu artacaq
27 Sep 2024 | 11:00
İnfarktın 10 gizli əlaməti- EKSPERT AÇIQLADI
27 Sep 2024 | 09:33
İkinci Fəxri Xiyabanda şəhidlərin məzarları ziyarət olunur
27 Sep 2024 | 12:10
İlham Əliyev Zəfər parkında oldu - YENİLƏNİB + FOTO
27 Sep 2024 | 10:21
Ermənistanda dəhşət: morqlarda qalan 88 hərbçi kimdir? - 4 il sonra sirlər açılır