İqtisadçı-ekspert Samir Əliyev Moderator.az-a açıqlamasında bank sektorunun devalvasiyadan sonrakı vəziyyətini şərh edib:
“Bir müddət bundan öncə
baş verən məlum devalvasiya və bunun bank sektorunda hansı problemlər yaratdığı
göz önündədir. Reallıq bundan ibarətdir ki, banklar hələ də devalvasiyanın mənfi
təsirindən tam olaraq çıxa bilmir. Belə bir şəraitdə yeni bir devalvasiya təhlükəsi
meydana çıxıb ki, bu təhlükənin reallaşması bütün sahələr kimi bank sektoru
üçün də yaxşı heç nə vəd etmir. İkinci bir devalvasiya bank sektoru üçün
olduqca arzuedilməz nəticələrə gətirib çıxarda bilər. Odur ki, daha ağır nəticələrlə
üz-üzə qalmamaq üçün yeni devalvasiya təhlükəsinin aradan qaldırılması üçün
ciddi və sistemli addımlar atılmalı, bu təhlükənin reallaşmasını önləmək
lazımdır”.
Fərid Kuhi