Azərbaycan çempionatında yeni azarkeş rekordu: Son onilliyin ən yüksək göstəricisi qeydə alındı
İdman
244
12:16, Bu gün

Azərbaycan çempionatında yeni azarkeş rekordu: Son onilliyin ən yüksək göstəricisi qeydə alındı

Misli Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb.
 
Moderator.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu, 28-ci turun "Qarabağ" - "Sabah" matçına (0:1) təsadüf edib.
 
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanı 17 min 338 seyrçi izləyib. Bu oyunadək əvvəlki rekord da eyni komandaların bu arenadakı görüşünə təsadüf etmişdi. O zaman 22-ci turun 3:3 hesabı ilə bitən qarşılaşmasını 10 min 361 tamaşaçı izləmişdi.
 
28-ci turun oyunundakı nəticə həm də son 10 mövsümün ən yüksək göstəricisidir. Daha çox tamaşaçının izlədiyi sonuncu görüş 2015/16 mövsümündə baş tutub. 2016-cı il fevralın 14-də Gəncə şəhər stadionunda keçirilən "Kəpəz" - "Qarabağ" oyununa 20 min 400 nəfər tamaşa etmişdi.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər