Portuqaliya yığmasının sabiq çalışdırıcısı Azərbaycan millisinə baş məşqçi təyin edildi - FOTO
İdman
240
18:25, Bu gün

Portuqaliya yığmasının sabiq çalışdırıcısı Azərbaycan millisinə baş məşqçi təyin edildi - FOTO

20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində baş məşqçi təyinatı baş tutub.

Moderator.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İcraiyyə Komitəsinin 19 fevral 2026-cı il tarixində keçirilmiş iclasında bu posta Rui Jorgenin namizədliyi müzakirəyə çıxarılmış və təsdiq edilmişdi.

Hüquqi prosedurların tamamlandığını nəzərə alaraq Rui Jorge müvafiq millinin baş məşqçisi postuna təyin olunub.

Azərbaycanın U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 Dünya Çempionatında ölkəmizi təmsil edəcək.

Yeni təyin olunmuş baş məşqçinin mətbuat konfransı AFFA rəhbərliyinin iştirakı ilə yaxın günlərdə təşkil olunacaq. Dəqiq tarix, vaxt və mətbuat konfransının keçiriləcəyi məkanla bağlı ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, Rui Jorge məşqçiliyə futbolçu kimi son klubu olan "Belenenseş"də başlayıb. Portuqaliyalı mütəxəssis 2006-2010-cu illər aralığında adıçəkilən klubun U-19 komandasına rəhbərlik edib, 2008/2009-cu illər mövsümündə qısa müddət əsas komandanın baş məşqçisi olub.

2010-cu ildə Portuqaliyanın U-21 yığmasının "sükanı arxası"na gətirilən Jorge 15 il bu komandanı çalışdırıb. Onun rəhbərliyi altında portuqaliyalılar 5 dəfə Avropa çempionatının final mərhələsində iştirak edib, bunun ikisində (2015, 2021) gümüş mükafat qazanıb. Həmin illər ərzində Rui Jorge Portuqaliyanın Olimpiya millisinə də rəhbərlik edib.

Portuqaliya yığmasının sabiq çalışdırıcısı Azərbaycan millisinə baş məşqçi təyin edildi

Link kopyalandı!
Son xəbərlər