Almaniya Bundesliqası təmsilçisi “Bavariya” Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Viktor Osimhenlə maraqlanır.
Moderator.az xəbər verir ki, Bu barədə insayder Ekrem Konur “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Nigeriyalı forvard Münhen klubunun hücum xəttini gücləndirmək üçün nəzərdə tutulan namizədlərdən biri kimi qiymətləndirilir. “Bavariya” rəhbərliyi onun transfer imkanlarını dəyərləndirir və vəziyyətin inkişafını yaxından izləyir.
27 yaşlı futbolçu ilə digər Avropa klubları da maraqlanır. Bu səbəbdən futbolçu uğrunda mübarizə artıq növbəti transfer pəncərəsində baş qaldıra bilər.
Qeyd edək ki, Osimhen cari mövsümdə “Qalatasaray”ın heyətində bütün turnirlərdə keçirdiyi 22 oyunda 15 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” 27 yaşlı futbolçunun transfer dəyərini 75 milyon avro olaraq qiymətləndirir.