İdman
177
15:20, Bu gün

"Tottenhem"in baş məşqçisi istefaya göndərildi

Tomas Frank "Tottenhem" klubunun baş məşqçisi vəzifəsindən göndərilib.

Moderator.az xəbər verir ki, bu barədə futbol klubunun mətbuat xidməti məlumat yayıb.

"Nəticələr və performans idarə heyətini mövsümün bu mərhələsində dəyişikliklərin zəruri olduğu qənaətinə gətirdi. Tomas klubda olduğu müddət ərzində sarsılmaz sədaqət nümayiş etdirərək özünü tamamilə klubun inkişafına həsr edib. Töhfəsinə görə ona təşəkkür edirik və gələcəkdə uğurlar arzulayırıq", - deyə klubun bəyanatında qeyd olunub.

Xatırladaq ki, Tomas Frank keçən il iyunun 12-də "Tottenhem"in baş məşqçisi postuna gətirilib. Onun klubla müqaviləsi 2028-ci ilin yay aylarına kimi qüvvədə idi. Danimarkalı mütəxəssisin rəhbərliyi altında komanda 38 matç keçirərək 13 qalibiyyət, 15 məğlubiyyət və 10 heç-heçə nəticəsi əldə edib.

"Tottenhem" İngiltərə Premyer Liqasının xal cədvəlində 26 görüşdən 29 xalla 16-cı pillədə qərarlaşıb. Komanda cari mövsüm Çempionlar Liqasının liqa mərhələsində ilk səkkizliyə daxil olaraq 1/8 finala birbaşa yol tapıb.

Link kopyalandı!
Son xəbərlər