İtaliya klubunda gərginlik: Baş məşqçi və idman direktoru arasında münaqişə yaranıb
İdman
1721
07 Jan 2026 | 19:35

İtaliya klubunda gərginlik: Baş məşqçi və idman direktoru arasında münaqişə yaranıb

İtaliyanın "Roma" klubunda daxili vəziyyət gərginləşib.

Moderator.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi Can Pyero Qasperini ilə idman direktoru Frederik Massara arasında fikir ayrılığı yaranıb.

Münaqişə İtaliya çempionatının XIX turunda, "Roma"nın "Leççe" üzərində 2:0 hesablı qələbə qazandığı matçda yaranıb.

Məlum hadisədən sonra Qasperini oyunsonrası mətbuat konfransına qatılmayıb.

Məlumata görə, baş məşqçinin bu addımı klub rəhbərliyi ilə aralarındakı münasibətlərdəki gərginliklə bağlıdır. Problemin həlli üçün tərəflər arasında görüş keçiriləcək.

Qeyd edək ki, "Roma" A Seriyasında 36 xalla turnir cədvəlinin beşinci sırasında yer alıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər