00:16
4°C
Bakı
"Barselona" ilk qış transferini həyata keçirib.
Moderator.az-ın xarici mətbuata istinadla xəbərinə görə, Kataloniya komandasının Joao Kanselo ilə müqavilə imzaladığı bildirilir.
Portuqaliyalı müdafiəçi mövsümün qalan hissəsində icarə əsasında "Barselona"ya qayıdacaq.
“Əl-Hilal” bu müqavilədən 4 milyon avro alacaq, katalonlar isə onun maaşının yalnız bir hissəsini ödəyəcək.
Kanselonun zədəli Andreas Kristensenin yerinə qeydiyyatdan keçəcəyi gözlənilir.