Azərbaycanın daha bir cüdoçusu İslamiadada finala yüksəldi - YENİLƏNİB
İdman
292
15:32, Bu gün

Azərbaycanın daha bir cüdoçusu İslamiadada finala yüksəldi - YENİLƏNİB

Azərbaycanın daha bir cüdoçusu Səudiyyə Ərəbistanının paytaxı Əl-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.
 
Moderator.az xəbər verir ki, 100 kq çəki dərəcəsində Zelim Kotsoyev yarımfinalda bəhreynli rəqibi Said Sadrudinovu məğlub edərək adını finala yazdırıb.
 
Qeyd edək ki, bu gün digər cüdoçumuz Südabə Ağayeva (70 kq) da həlledici mərhələyə adlayıb.
 
15:05
 
Cüdo üzrə Azərbaycan millisinin üzvü Südabə Ağayeva Səudiyyə Ərəbistanının paytaxı Əl-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.
 
Moderator.az xəbər verir ki, 70 kq çəki dərəcəsində çıxış edən idmançımız yarımfinal mərhələsində Kamerun təmsilçisi Zita Ornella Biamini məğlub edərək adını həlledici görüşə yazdırıb.
 
Final qarşılaşması bu gün keçiriləcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər