Mahir Emreli uzun fasilədən sonra Almaniyada oyuna çıxdı
İdman
406
12:54, Bu gün

Mahir Emreli uzun fasilədən sonra Almaniyada oyuna çıxdı

Almaniya 2-ci Bundesliqasında 12-ci turun oyunları keçirilir.
 
Moderator.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Kayzerslautern” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Herta” ilə qarşılaşıb. Görüş Berlin təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Mahir hesabda geri olduqları vaxt - 63-cü dəqiqədə meydana daxil olub. Ancaq o, 77-ci dəqiqədə zədələnərək meydanı tərk edib. Bu, sonuncu dəfə avqustda 3-cü turun matçında iştirak edən futbolçumuzun uzun fasilədən sonra keçirdiyi ilk oyun olub.
 
"Kayzerslautern" hazırda 2-ci Bundesliqada 20 xalla 7-ci yerdədir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər