04:04
14°C
Bakı
London "Arsenal"ının ingilis yarımmüdafiəçisi Maks Doumen Çempionlar Liqası matçında meydana çıxan ən gənc oyunçu olub.
Moderator.az xəbər verir ki, Doumen 15 yaş 308 günlüyündə liqa mərhələsinin dördüncü turunun Çexiya təmsilçisi "Slaviya Praqa" ilə səfər matçında əvəzedici heyətdə meydana çıxıb.
Qeyd edək ki, əvvəlki rekord Yusuf Mukokoya məxsus olub. O, 8 dekabr 2020-ci ildə "Borussiya Dortmund"un heyətində 16 yaş 18 günlüyündə meydana çıxıb. Alman hücumçu qrup mərhələsi matçında Sankt-Peterburqun "Zenit" klubuna qarşı oynayıb.