İdman
1086
03 Nov 2025 | 20:50

"Fənərbağça" futbolçuları derbi qalibiyyətindən sonra yüksək məbləğdə bonus qazanıblar

İstanbul derbisində "Beşiktaş"ı məğlub edən "Fənərbağça" klubunun prezidenti Sadettin Saran oyunçulara bonus verib.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Sözcü" qəzeti məlumat yayıb.

Məlumata görə, Sadettin Saran komandasının 2:0 hesabı ilə məğlub olduğu oyunda geridönüş edərək 3-2 hesablı əzmkar qələbə qazanmasını mükafatsız qoymayıb.

"Fənərbağça" oyunçuları derbi qalibiyyəti üçün bonus olaraq 1.2 milyon avro (58.25 milyon TL) bonus qazanıblar.

Qeyd olunub ki, "Fənərbağça" qarşıdakı "Viktoriya Plzen", "Kayserispor" və "Çaykur Rizespor"la oyunlarında da qələbə qazanarsa, rəhbərlik komandaya daha bir bonus verəcək.

Link kopyalandı!
Son xəbərlər