İdman
522
14:55, Bu gün

"Qarabağ" - "Çelsi" oyununa təyinat alan hakimlə bağlı MARAQLI DETAL

Bakıda "Qarabağ" və İngiltərənin "Çelsi" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununa təyinat alan avstriyalı hakim Sebastyan Qishamer ötən ay Azərbaycan millisinin matçını idarə edib.
 
37 yaşlı FIFA referisi DÇ-2026-nın seçmə mərhələsində yığmanın oktyabrın 13-də Polşada Ukraynaya uduzduğu (1:2) görüşdə iş başında olub.
 
Ədalət təmsilçisi əvvəlki illərdə "Qarabağ" klubunun və U-21 millisinin oyununa da təyina alıb.
 
O, 2017-ci ildə Azərbaycan və Çexiyanın U-21 yığmalarının yoldaşlıq qarşılaşmasında söz sahibi olub. Həmin görüş rəqibin 5:0 hesablı qələbəsi ilə bitib.
 
Qishamer 2023-cü ildə "Qarabağ"ın səfər qələbəsinə şahidlik edib. Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsində İsveçin "Hakken" klubunu minimal hesabla üstələyib - 1:0.
 
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək. /Report/
 
Link kopyalandı!
Son xəbərlər