Bizi sosial şəbəkələrdən izləyin:
Misli Premyer Liqasının X turu tamaşaçı sayında mövsümün rekordu ilə əlamətdar olub.
Moderator.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bildirilib ki, Tovuz şəhər stadionunda keçirilən "Turan Tovuz" - "Şamaxı" matçını 5 800 tamaşaçı izləyib.
Doğma arenaya qayıdan qərblilər bu görüşdə 2:1 hesablı qələbə qazanıblar. Bu oyun mövsümün arxada qalan hissəsi üçün ən çox seyrçi toplayan görüşdür.
Bunadək rekord V turda qeydə alınmışdı. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı "Sumqayıt" - "Neftçi" matçında (0:2) 3 500 izləyici olub.
Qeyd edək ki, ümumilikdə mövsümün baş tutan 58 oyununu 64 min 766 tamaşaçı izləyib. Orta göstərici 1 117-yə bərabərdir.