İdman
1220
03 Nov 2025 | 13:28

"Qarabağ" - "Çelsi" oyununun hakimləri açıqlandı

Bakıda "Qarabağ" və İngiltərənin "Çelsi" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununun təyinatları müəyyənləşib.
 
Moderator.az xəbər verir ki, görüş Avstriyadan olan hakimlər briqadasına tapşırılıb.
 
Baş hakim Sebastian Gishamer olacaq. FIFA referisinə Roland Riedel və Santino Schreiner köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yetirəcək. VAR-da Manuel Schuettengruber, AVAR-da Josef Spurny əyləşəcəklər.
 
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
Link kopyalandı!
Son xəbərlər