İtaliya çempionu istefaya göndərilir
İdman
652
11:18, Bu gün

İtaliya çempionu istefaya göndərilir

İtaliyanın "Fiorentina" komandasının baş məşqçisi Stefano Piolinin istefaya göndəriləcəyi gözlənilir.
 
Moderator.az xəbər verir ki, bu barədə məşhur jurnalist və insayder Fabritsio Romano sosial şəbəkədə paylaşım edib.
 
O bildirib ki, "Fiorentina" İtaliya A Seriyasında 10 oyundur qələbə qazana bilməyən baş məşqçisini istefaya göndərmək üzrədir.
 
Qeyd edək ki, "Fiorentina" klubu 10 turdan sonra turnir cədvəlində 4 xalla 19-cu pillədə qərarlaşıb.
 
Xatırladaq ki, Pioli 2019-24-cü illərdə "Milan" komandasına rəhbərlik edib. 2021/22 mövsümündə "Milan" onun rəhbərliyi altında İtaliya çempionu titulunu qazanıb.
 
2017-19-cu illərdə "Fiorentina"ya rəhbərlik edən Pioli bu yay yenidən klubun baş məşqçisi postuna təyin olunub.
Link kopyalandı!
Son xəbərlər