Fərhad Rəhmanov Səudiyyə Ərəbistanı çempionatında ədaləti qoruyacaq
1379
03 Feb 2026 | 15:50

Fərhad Rəhmanov Səudiyyə Ərəbistanı çempionatında ədaləti qoruyacaq

Azərbaycanlı boks hakimi Fərhad Rəhmanov Səudiyyə Ərəbistanı çempionatında ədaləti qoruyacaq.
 
Bu barədə Moderator.az-a Azərbaycan Boks Federasiyasından bildirilib.
 
Beynəlxalq dərəcəli referi bununla bağlı yerli federasiyadan xüsusi dəvət alıb.
 
F.Rəhmanov məktəblilər, yeniyetmələr və gənclər arasında ölkə çempionatında neytral hakim funksiyasını yerinə yetirəcək.
 
Qeyd edək ki, Ər-Riyadda keçiriləcək yarış fevralın 4-də başlayacaq və 4 gün davam edəcək.
 
Link kopyalandı!
Son xəbərlər