İdman
1311
03 Nov 2025 | 10:54

"Neftçi" yeni rekorda imza atıb

"Neftçi" Azərbaycan çempionatında yeni rekorda imza atıb.
 
Moderator.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" buna Misli Premyer Liqasının X turunda "Kəpəz"i 5:1 hesabı ilə məğlub etməklə nail olub.
 
Bakı təmsilçisi cari mövsüm çempionatda ilk böyükhesablı qələbəsini qazanıb.
 
Bu, "Neftçi"nin ən azı bir böyükhesablı qələbə qazandığı 32-ci mövsümdür.
 
Paytaxt klubu yalnız iki dəfə - 2009/2010 və 2015/2016 mövsümlərində üç və ya daha çox top fərqi ilə qələbə qazanmayıb. Bir komandanın 32 fərqli mövsümdə belə qələbə qazanması Azərbaycan çempionatlarında yeni rekorddur.
 
Link kopyalandı!
Son xəbərlər