Mbappe Avropanın ən yaxşı liqalarındakı qol sayına görə Tyerri Anrini geridə qoyub
İdman
1662
02 Nov 2025 | 14:57

Mbappe Avropanın ən yaxşı liqalarındakı qol sayına görə Tyerri Anrini geridə qoyub

İspaniyanın "Real" klubunun futbolçusu Kilian Mbappe Avropanın top-5 liqalarında vurulan qolların sayına görə həmyerlisi Tyerri Anrini geridə qoyub.

Moderator.az-ın məlumatına görə, fransalı hücumçu buna La Liqanın XI turunda "Valensiya"ya qalib gəldikləri (4:0) matçda dubl etməklə nail olub.

O, Avropanın ən yaxşı beş çempionatında 291-ci qarşılaşmada 235-ci qoluna imza atıb.

Tyerri Anri 459 görüşdə 233 dəfə fərqlənmişdi.

Qeyd edək ki, Mbappe PSJ və "Monako"da 191, "Real"da 44 dəfə rəqib qapılarına yol tapıb.

Link kopyalandı!
Son xəbərlər