Naxçıvanda daha bir qurum fəaliyyətini dayandırdı
İdman
987
28 Dec 2024 | 15:20

Naxçıvanda daha bir qurum fəaliyyətini dayandırdı

Naxçıvan Muxtar Respublikası Bodibildinq Federasiyası ləğv olunub.
 
Moderator.az xəbər verir ki, bununla bağlı qurumun ümumi yığıncağında qərar çıxarılıb.
 
Federasiyanın ləğvi ilə bağlı ləğvetmə komissiyası yaradılıb.
 
Ləğvetmə prosesinə başlayan zaman məlum olub ki, Naxçıvan Muxtar Respublikası Bodibildinq Federasiyasının möhür və ştampı itib.
 
Qeyd edək ki, adıçəkilən federasiya 1998-ci ildə yaradılmışdı.
 
Xatırladaq ki, bundan əvvəl Naxçıvan Muxtar Respublikası Atletika Federasiyası, Atıcılıq Federasiyası, Paralimpiya Federasiyası, Hava və Ekstremal İdman Növləri Federasiyası, Şahmat Federasiyası və Naxçıvan Muxtar Respublikası Boks Federasiyası fəaliyyətini dayandırmişdi.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər