Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanda 2024-cü ilin ən yaxşı futbolçusu seçilib.
Moderator.az xəbər verir ki, bu, “Futbol+” qəzetinin keçirdiyi ənənəvi sorğunun nəticəsində bəlli olub.
Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Toral Bayramov Azərbaycanda 2024-cü ilin ən yaxşı futbolçusu seçilib.
Sorğudan klub məşqçiləri, kapitanlar, mətbuat katibləri, jurnalistlər, ölkənin futbol rəhbərliyi, mütəxəssislər, agentlər da daxil olmaqla 180 nəfər iştirak edib.
Sorğuda ikinci yeri "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev, üçüncü yeri isə Azərbaycan millisinin hücumçusu Mahir Emreli tutub.