İngiltərə
İdman
2878
06:55, Bu gün

İngiltərə "Çelsi"nin satışından əldə etdiyi vəsaiti Ukraynaya köçürəcək?

Böyük Britaniyanın Leyboristlər hökuməti əvvəllər Roman Abramoviçə məxsus olan İngiltərənin "Çelsi" futbol klubunun satışından əldə olunan vəsaitin müstəsna olaraq Ukraynada humanitar layihələrin həyata keçirilməsinə yönəldilməsinin tərəfdarıdır.

 
Moderator.az Oxu.Az - a istinadla xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb.
 
Abramoviç 2022-ci il martın 10-da Ukraynadakı hadisələrlə əlaqədar Böyük Britaniyanın sanksiyalar siyahısına əlavə edilib, bundan sonra onun ölkədəki aktivləri dondurulub. 24 may 2022-ci ildə İngiltərə Premyer Liqasının idarə heyəti "Çelsi"nin iş adamı Todd Boelinin konsorsiumuna satılmasını təsdiqləyib. Sahibkar qrupu klub üçün 4,25 milyard funt-sterlinq (indiki məzənnə ilə 5,4 milyard dollar) təklif edib. Bunun 2,5 milyard funt-sterlinqi (3,2 milyard dollar) klubun özünə ödənilməli idi, daha 1,75 milyard funt-sterlinq (2,2 milyard dollar) isə klubun inkişafına yatırılıb.
 
Xatırladaq ki, 25 may 2022-ci ildə Britaniya hökuməti Abramoviçə komandasını satmağa icazə verən xüsusi lisenziya verib. Lisenziyanın verilməsinin şərti o idi ki, klub üçün alınan pulu sahibkar özü almasın. Məlumata görə, Abramoviç "Çelsi"ni satarkən vəsaitin Ukrayna müharibəsinin bütün qurbanlarına veriləcəyini vəd edib. Daha sonra "Mail On Sunday" qəzeti mənbələrə istinadən xəbər verir ki, iş adamı klubun satışından əldə olunan vəsaitin həm Ukraynalılara, həm də hərbi əməliyyatlardan əziyyət çəkən ruslara verilməsində israr edib. Qəzet vurğulayır ki, Abramoviçin müvafiq icazəsi olmadan vəsaitlərin köçürülməsi qeyri-mümkündür.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər