Bizi sosial şəbəkələrdən izləyin:
Misli Premyer Liqasının 2024/2025-ci illər mövsümünün ilk yarısında 90 oyun keçirilib.
Moderator.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu matçlarda 144 min 355 tamaşaçı qeydə alınıb. Orta göstərici 1604-ə bərabər olub.
İlk 18 turun rekordu X turun “Neftçi” – “Qarabağ” matçında gerçəkləşib. “Neftçi Arena”ya 7069 seyrçi toplaşıb. Antirekord isə XI turun “Araz-Naxçıvan” – “Zirə” görüşünə məxsusdur – 80 tamaşaçı.
Klubların ev oyunlarındakı orta göstəricidə “Turan Tovuz” böyük üstünlüyə malikdir – 4411 tamaşaçı. “Neftçi” (2437) ikinci, “Sumqayıt” (2383) üçüncüdür. Bu üç komanda ümumi orta göstəricidən yüksək nəticəyə sahibdir.