Bizi sosial şəbəkələrdən izləyin:
"Sumqayıt"da daha bir gözlənilməz ayrılıq baş verib.
Rəhim Sadıxovdan sonra Cordan Rezabala da "gənclik şəhəri" təmsilçisi ilə vidalaşıb.
Cari ilin fevralında ölkəmizə gələn 23 yaşlı ekvadorlu yarımmüdafiəçi bu ilin sonunda başa çatan müqaviləsini yeniləmək istəməyib.
"Kimyaçılar" ona daha yaxşı şərtlərlə 2 illik kontrakt təklif etsə də, cənubi amerikalı çağırışa eyni münasibəti göstərməyib.
Ekvadorda "İndependyente"nin yetirməsi olan Cordan Rezabala bura yerli "Quayakil Siti"dən gəlib..
O, həmçinin 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin uğurları üçün çalışıb. (sportinfo.az)