Bizi sosial şəbəkələrdən izləyin:
Hindistanlı qrossmeyster Dommaracu Qukeş şahmat tacı uğrunda görüşdə çinli Din Lirenə qalib gələrək dünya çempionu olub.
O, Sinqapurda təşkil olunan turnirin sonuncu - 14-cü oyununda rəqibini məğlub edib.
18 yaşlı şahmatçı yekunda 7,5:6,5 hesablı qələbəyə sevinib.
Beləliklə, D.Qukeş 18-ci dünya çempionu olub. O, şahmat tarixinə ən gənc dünya çempionu kimi düşüb. /Report/