Bizi sosial şəbəkələrdən izləyin:
"Həm nəticədən, həm də oyundan razı qaldım".
Moderator.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Turan Tovuz"a qarşı Misli Premyer Liqasının XII turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
"Həqiqətən çox maraqlı qarşılaşmaya şahidlik etdik. Bu cür oyunların sayı çox olsa, məncə futbolçuların hazırlıq səviyyəsi daha da yüksələr. Bu gün Tovuz şəhər stadionunda möhtəşəm ab-hava var idi. Bizim üçün vacib matç idi. Qalib gəlmək istəyirdik. Bununla belə 1 xalı aktivimizə yazdırdıq", - mütəxəssis qeyd edib.
XII turun görüşündə "Qarabağ" səfərdə "Turan Tovuz"la qolsuz heç-heçəyə razılaşıb.