“Qarabağ” ciddi itki ilə üzləşdi
İdman
1496
07 Oct 2024 | 19:55

“Qarabağ” ciddi itki ilə üzləşdi

"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə bir həftə yaşıl meydanlardan uzaq qalacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə Report-a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
 
27 yaşlı müdafiəçi UEFA Avropa Liqasının Liqa mərhələsinin "Malmö" ilə oyununda (1:2) zədə alıb.
 
Aparılan müayinədən sonra onun çanaq əzələsində dartılma müəyyən edilib.
 
Qeyd edək ki, B.Mustafazadə zədə səbəbindən Azərbaycan millisinin heyətindən çıxarılıb.
Link kopyalandı!
Son xəbərlər