Bizi sosial şəbəkələrdən izləyin:
Müxtəlif KİV-lərin məlumatına görə, Sinqapur Qran Prisindən sonra Formula 1 komandası “Red Bull” özünün kiçik komandası RB-nin pilotu Daniel Rikkardo ilə müqaviləni ləğv edə və onu Liam Lavsonla əvəz edə bilər.
Moderator.az publika.az-a istinadən xəbər verir ki, məlumata görə, Rikkardonun özü də bilir ki, bu baş verə bilər.
“Red Bull”dan 2025-ci il mövsümündəki gələcəyimlə bağlı cavab gözləyirəm. Və bilirəm ki, bu mövsümü bitirib-bitirməyəcəyimlə bağlı suallar var. Sinqapur yarışı mənim F1-dəki sonuncu yarışım ola bilərmi? Mən belə düşünmürəm. Ancaq mən 2025-ci ildə burada yerim olacaq iddiasına evimi mərc etmək istəmirəm”, – Rikkardo deyib.
Karyerası ərzində 8 qələbə qazanan avstraliyalı cari mövsümdə 12 xal toplayıb və komanda yoldaşı Yuki Tsunodanı 10 xal geridə qoyur.