Millimiz Olimpiadada dördüncü qələbəsini qazandı
İdman
1693
14 Sep 2024 | 22:44

Millimiz Olimpiadada dördüncü qələbəsini qazandı

Azərbaycanın kişilərdən ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında daha bir qələbə qazanıb.
 
Axar.az xəbər verir ki, IV turda Monteneqro ilə qarşılaşan təmsilçilərimiz rəqibini 3:1 hesabı ilə üstələyib.
 
Aydın Süleymanlı - Denis Kadriç - 1:0
 
Nicat Abasov - Nikita Petrov - 0,5:0,5
 
Rauf Məmmədov - Nikola Cukiç - 0,5:0,5
 
Şəhriyar Məmmədyarov - Luka Draskoviç - 1:0
 
Bu qalibiyyət sayəsində yığmamızın aktivindəki xalların sayı 8-ə çatıb.
 
Qeyd edək ki, kişilərdən ibarət yığmamız buna qədər İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5) və Moldovanı (3:1) məğlub edib. Qadınlardan ibarət komandamız isə Nikaraqua (4:0) və Avstraliyadan (3:1) üstün olub. Argentina ilə heç-heçə edib (2:2).
Link kopyalandı!
Son xəbərlər