Güləşçimiz dünya çempionatında GÜMÜŞ MEDAL qazandı
İdman
1587
08 Sep 2024 | 07:21

Güləşçimiz dünya çempionatında GÜMÜŞ MEDAL qazandı

İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatı davam edir.
 
Turnirin 5-ci günündə sərbəst güləşçilərin mübarizəsinə start verilib.
 
97 kq çəki dərəcəsində Xetaq Karsanov ilk mərhələdə qırğızıstanlı Aitenir Maksatovu məğlub edib - 11:0. Ardınca o, türkiyəli Rifat Ereni 2:1 hesabıyla üstələyib.
 
İdmançımız yarımfinalda slovakiyalı Adam Jaksiki də üstələyərək (5:0) finala vəsiqə qazanıb. Təmsilçimiz həlledici qarşılaşmada qazaxıstanlı Rizabek Aitmukana yenilib - 0:10. Bununla da, o, gümüş medalla kifayətlənib.
 
Qeyd edək ki, Azərbaycan yığması bunadək 2 gümüş, 2 bürünc medal qazanıb.
Link kopyalandı!
Son xəbərlər