Bu da AÇ-24-ün finalı: İspaniya, yoxsa İngiltərə?
İdman
Oxunub: 1418
12 Jul 2024 | 11:22
Bu da AÇ-24-ün finalı: İspaniya, yoxsa İngiltərə?
"Korridalar" 12 il öncəki uğuru təkrarlaya biləcəkmi...
 
Futbol üzrə Avropa Çempionatında finalçılar artıq məlumdur. İyulun 9-da keçirilən oyunda Fransanı məğlub edən İspaniyanın rəqibi İngiltərə yığması oldu. Qardaş Türkiyə qarşısında bəxti gətirən Hollandiya millisi bu dəfə bəxtsizlik hissini yaşamağa məcbur oldu. 
 
Eynilə türk millisi də oxşar hissi yaşamışdı. Əvvəlcə Niderlandın qapısına yol tapan ay-ulduzlular sonradan 2 top qapılarında görərək yarımfinalı holland oyunçulara hədiyyə etmişdilər. Hollandlar da ingilislər qarşısında əvvəl önə keçdilər, sonradan iki topu qapılarından çıxararaq Avro-2024-lə vidalaşdılar. Ən çox isə Hollandiya yığmasını oyunun bitməsinə bir dəqiqə qalmış qapısında qol görməsi üzdü. 
 
Ümumi oyuna gəldikdə, azarkeşlər qarşılıqlı hücumlar şəraitində keçən maraqlı yarımfinal izlədilər. Hollandlar insafən türklər qarşısındakı oyunlarından daha mükəmməl oyun nümayiş etdirdilər. Bu qarşılaşmadan sonra qardaş türkiyəli oyunçuların niderlandlılarla keçirdikləri 1/4 oyunu yenidən gündəmə gəlib. Hər kəs təəssüflə əgər Türkiyə millisi yarımfinala çıxardısa, ingilisləri keçəcəkdi kimi fikirlər səsləndirir. Futbol mütəxəssisləri də eyni fikirdədir.
 
İyulun 14-də Berlində “Olimpiastadion” arenasında keçiriləcək İspaniya-İngiltərə oyununun nəticəsi barədə isə ən müxtəlif proqnozlara rast gəlinir. Doğrudur, əksəriyyət gənc kollektivə malik olmasına baxmayaraq, kifayət qədər peşəkar və təcrübəli oyun nümayiş etdirən ispan yığmasını şanslı görür. Amma futbolda hər bir şeyin ola biləcəyini dilə gətirənlər də az deyil. Xüsusilə son Avropa Çempionatının finalında İtaliyaya məğlub olan İngiltərənin bu dəfə şansı əldən qaçırmayacağı barədə proqnozlara rast gəlinir. 
 
İspanlar isə düz 12 il öncə Avropa Çempionatının finalına çıxıb çempionluqlarını elan ediblər. Bu sarıdan onların xoşbəxt sonluqla bitən final təcrübələri var. 
 
İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt komandasının Avro-2024-ün finalına yüksəlməsi barədə danışıb. O, bu qələbəyə layiq olduqlarını söyləyib: “Çox yaxşı oynadıq. Çətin bir matç keçirdik və daim taktikamızı dəyişməli olduq. Xüsusən də müdafiədə. Futbolçularımız çox yaxşı qərarlar verdilər. Matçın sonu komanda üçün xüsusi oldu. Bu, bizim ümumi işimizin mükafatıdır”. 
 
İngiltərə millisinin futbolçusu Olle Vatkins Avro-2024-də finala yüksəlmələrini şərh edib. Niderlandla oyununda sonradan meydana daxil olan və qələbə qolunu vuran forvard bunları deyib: “Sözüm yoxdur! Matçdan sonra meydanı tərk etməyə tələsmədim. Çünki nələr hiss etdiyimi anlamaq istəyirdim. Qol epizoduna gəlincə, Kol Palmeri görəndə qaçdım və düşünürdüm ki, ötürmə gələcək. Fikirləşdiyim kimi oldu və qol vurdum. Qoldan daha vacibi komandanın qələbəsidir. Düzü, İngiltərə millisi ilə Avropa çempionatında oynayacağımı düşünməzdim”.
 
Niderland millisinin baş məşqçisi Ronald Kuman da Avro-2024-də mübarizəni yarımfinalda dayandırmalarını şərh edib. Mütəxəssis oyunla bağlı bunları deyib: “Nəticəyə görə məyusam. Yaxşı başladıq və qol vurduq. Bundan sonra sanki problemlər yaşamağa başladıq. Rəqibin təhlükəli oyunçularına boşluqlar verdik. Dəyişikliklər edib, oyunu çevirsək də, alınmadı. Futbol belə oyundur. Bəlkə də matç əlavə vaxta getməli idi. Amma olmadı. Futbolçularımla qürur duyuram, əla turnir keçirdik”.
 
Niderland millisinin müdafiəçisi Vircil van Dayk İngiltərə məğlubiyyətindən danışıb. O, baş hakim Feliks Zvayeri tənqid edib: “Belə qol buraxmağımız utancvericidir. Hər şeyimizi verdik, amma son dəqiqə qoluna üzüldük. Əliboş qaldıq. Hakimin paltardəyişmə otağına tez qaçması hər şeyi deyir. Bundan artıq danışmaq, günahı onun üzərində yıxmaq istəmirəm”.
 
Futbolla yaxından maraqlanan, deputat Aqil Abbas çempionat başlayan ilk günlərdən İspaniyanın çempion olacağını dilə gətirən tanınmış simalardandır. O, yenə də əminliklə eyni fikirdədir. 
 
Aqil Abbas - 70
 
Deputat final oyunu öncəsi “Yeni Müsavat”a bunları deyib: “İspaniyanın qələbəsinə yenə də inanıram. Amma bu futboldur, hər şey ola bilər. Qorxuram ki, ispanları uduzduralar. Çünki futbolu tam şəkildə siyasətə çeviriblər. Bu çempionatda belə halları az görmədik. Futbolu siyasətlə yanaşı həm də qumara çeviriblər. Qumara da çevrildiyi üçün lazım gələndə hansısa millini, yaxud klubu uduzdururlar. Türkiyənin timsalında bunu yaşadıq. Havayı yerdən bir oyunçusunu çıxardılar. Sonradan da məsələlər aydın oldu. Amma bir məsələni deyim ki, Türkiyə yarımfinala çıxsa belə, finala çıxa bilməzdi. Çünki soyuqqanlı oynaya bilmir. Hadisələri də təhlil edə bilmirlər. Düzdür, ürəklə oynayırlar, amma futbol təkcə ürək tələb etmir ki. Futbol həm də səbir, dözüm, ağıl tələb edir. Məsələn, Arda Gülər çox yaxşı oyunçudur. Amma neyləsin?”
 
Futbol millimizin baş məşqçisi kim olacaq - gözlənti
 
Tanınmış idman yazarı Natiq Muxtarlı ingilislərin finalda ispanlar qarşısında çox çətin anlar yaşayacağını qeyd edib: “Avropa Çempionatı üçün proqnozlar böyük ölçüdə özünü doğrultdu. Finala çıxan hər iki komanda - həm İspaniya, həm də İngiltərə çempionat ərəfəsində əsas favoritlərdən hesab olunurdu. Finalda fərqli oyun üslubuna sahib olan yığmaların duelini izləyəcəyik. İspaniya bütün çempionat boyu azarkeşlərə baxımlı futbol bəxş etdisə, İngiltərənin müdafiəyə meyilli sistemini hətta öz azarkeşləri də tənqid etdi. Sautqeytin oynatdığı futbolun ingilis futboluna dəxli yoxdur. Ona görə də azarkeşlər onu tənqid edirlər. Görünür, Sautqeyt bundan əvvəlki Avropa Çempionatında İtaliyadan ilham alıb. Həmin çempionatda İtaliya məhz ultramüdafiə sayəsində çempion olmağı bacardı. Özü də finalda İngiltərəni məğlub etməklə. Sautqeyt də "əsas müdafiədir" prinsipinə üstünlük verdi. Bütün İngiltərə bu sistemə qarşı olsa belə, inadından əl çəkmədi. Və görünən odur ki, onun inadı öz bəhrəsini verib. 
 
Ancaq İngiltərə çempion olmasa, Sautqeyt amansızlıqla tənqid olunacaq. Onun ingilis futbol ənənəsinə “xəyanətini” yalnız çempionluq sığortalaya bilər. Bunu bacaracaqmı? Çətin görünür. Çünki qarşılarında bütün xətlərdə balanslı sistemə malik İspaniya var. İspaniya Fransa ilə oyunda göstərdi ki, hücumu istənilən müdafiəni yarmağa qadirdir. Onlar oyun zamanı baş verən hər cür situasiyaya hazırdırlar. Qol buraxanda təlaşa düşmürlər, oyun sistemindən imtina etmirlər. İstədikləri vaxt təzyiqi artırıb, aşağı sala bilirlər. Topa mükəmməl nəzarət edirlər. Topu itirəndə onu inanılmaz sürətlə geri alırlar. İstəsələr, 90 dəqiqə öldürücü pressinq də tətbiq edə bilərlər. 
 
Bir sözlə, İspaniya finalın aşkar favoritidir. Sautqeytin İngiltərəni finala qədər gətirən sistemdən imtina edəcəyi inandırıcı deyil. Deməli, ingilislər könüllü şəkildə “ikinci nömrə” olmağa razılaşacaqlar. İngiltərənin müdafiə xətti isə o qədər də etibarlı deyil. Avropa çempionatında az qala hər komanda onlara qol vurdu. İspaniya o boşluqları tapacaq". 
 
İdman yazarı çoxlarını maraqlandıran bu suala belə cavab verdi: “Yarımfinalda İngiltərənin rəqibi Niderland yox, Türkiyə olsaydı, nə baş verərdi? Düşünmürəm ki, belə olsaydı, sensasiya yaşanardı. Sadəcə, daha baxımlı, zövqlü oyun olardı. Çünki Türkiyə hücumameyilli oynayacaqdı, Niderland isə ehtiyatlı futbol sərgiləyirdi. Amma Türkiyənin hücumu ingilislərin öldürücü əks-hücumlarına məğlub olacaqdı. Yarımfinalda Türkiyə olsaydı, İngiltərə bəlkə də böyük hesabla daha asan qələbə qazanardı. Bu iddianı irəli sürərkən Türkiyənin qrup mərhələsində Portuqaliya qarşısında necə aciz qaldığına istinad edirəm. 
 
Türkiyə mütləq müdafiə olunmaq bacarığını artırmalıdır. Heyətdə istedadlı futbolçular var. Amma bu futbolçuların mentalitetini dəyişmək lazımdır. Sistemli, komanda oyununa üstünlük verilməsə, uğur qazanmaq olmaz. Baxın, İspaniya hücum futbolu oynayır. Amma müdafiəsinə arxayındır. Arxa xətlə hücum arasında balanslaşdırılmış əlaqə var. 
 
Türkiyə yığmasında müasir futbol oynayan təkcə bir nəfəri gördüm bu çempionat ərzində - Hakan Çalhanoğlu. Vəssalam. Qalanları istedadlıdırlar, amma düşüncə dəyişməsə, bu istedadın heç bir əhəmiyyəti olmayacaq".
 
Gənc “korrida”lar finalda
 
Futbol mütəxəssisi Kənan Məstəliyev futbol azarkeşlərini maraqlı bir final oyunu gözlədiyini söyləyib: “Finiş xəttinə çıxdıq. Son yarımfinal matçı da oynanıldı və gözəl bir həlledici qarşılaşma izləyəcəyimiz dəqiqləşdi. Əminəm ki, final çox maraqlı olacaq. İngiltərə-Niderland qarşılaşması gözləniləndən daha yaxşı keçdi. İngilislər turnir ərzində ilk dəfə baxımlı, hücumameylli oyun oynadılar, qapanmadılar, son saniyələrə qədər bəxtlərini sınadılar və finala çıxdılar. Rəqib də onlardan geri qalmadı və layiqli mübarizə nümayiş etdirdi. Niderland oyuna daha yaxşı start verən tərəf idi, gözəl qolla hesabı açdılar. İngilislərin cavabı isə şübhəli penaltidən gəldi. 
 
Düşünürəm ki, haqsız penalti idi və orda sadəcə oyun epizodu idi, müdafiəçi sadəcə topun qarşısını almağa çalışırdı. Heç nədən britaniyalılara şans yarandı. Amma bundan sonra onlar dayanmadılar, qalib gəlmək üçün daha çox çalışdılar. Qaret Sautqeytin superpraqmatik oyununu ikinci plana keçirmişdi, əvəzetmələri ilə də oyuna doğru müdaxilələr etdi. 
 
Niderlandın finalın bir addımlığına qədər gəlməsi və şansı son saniyələrdə qaçırması üzücü oldu. Böyük futbol ölkəsi olduqlarını bir daha təsdiqlədilər. Onlar yox, Türkiyə yarımfinala çıxsaydı, indi İspaniya-Türkiyə qarşılaşması izləmək mümkün idimi? Niyə də yox? Montella çəkinməsəydi, komandasının potensialından daha doğru istifadə edə bilsəydi, indi biz ay-ulduzluları çempionluq matçında da görə bilərdik. Qardaş ölkə bu çempionata damğasını vuran komandalardan oldu, xüsusilə Avstriya ilə matç möhtəşəm olmuşdu. Hər halda, potensial var və biz qarşıdakı böyük turnirlərdə hələ ay-ulduzlu formanı daha yuxarı pillələrdə görəcəyik.
 
Final barədə isə onu deyə bilərik ki, ispanlar onu qazanmağa daha layiqdirlər. Baxımlı, aqressiv futbolla azarkeşlərin rəğbətini qazanıblar, kuboku haqq ediblər. Amma bu futboldur. Final da bir matçdır və bu bir matçda hər şey ola bilər. Finallar futbol oynamaq yox, onu udmaq üçün olur".
 
/Yeni Müsavat/
 
Oxşar xəbərlər
02 Aug 2024 | 23:10
Qurban Qurbanov: Birinci qarşılaşma göstərdi ki, çempionata çox ciddi yanaşmalıyıq
02 Aug 2024 | 23:04
İlkin ulduzlardan ibarət Qalaktik disk tapıldı - Rəsədxana
02 Aug 2024 | 22:56
Agentlik erməninin oxuduğu mahnıya görə hərəkətə keçdi
02 Aug 2024 | 22:48
Fransa XİN öz vətəndaşlarını İranı tərk etməyə çağırıb
02 Aug 2024 | 22:40
"Rusiyanın özəl hərbi şirkətlərinin quldurluq fəaliyyəti sahəsində inhisarçılığı sona yetir" - Ukrayna Baş Kəşfiyyat İdarəsi
02 Aug 2024 | 22:40
“Nar” yüksək keyfiyyətli “Cartoon Network” oyunlarına giriş imkanı təqdim edir
02 Aug 2024 | 22:32
Meqan Foks dayə robot rolunda - FOTO
02 Aug 2024 | 22:24
Azərbaycan Premyer Liqası: Mövsümün açılış matçında "Qarabağ" böyükhesablı qələbəyə sevinib
02 Aug 2024 | 22:16
Türk diplomatlarını hədələməklə... - XİN
02 Aug 2024 | 22:08
Binəqədidə əməliyyat: odlu silah götürüldü
02 Aug 2024 | 22:00
Paris-2024-də günün yekunu: Azərbaycan basketbolçuları növbəti qələbəsini qazanıb
02 Aug 2024 | 21:52
Elnur Sultanov: İqlim maliyyəsi Bakıda keçiriləcək COP29-un əsas müzakirə mövzusu olacaq
02 Aug 2024 | 21:44
Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün ilk qolu vurulub
02 Aug 2024 | 21:41
MİDA-nın binası YANIR - FOTOLAR - VİDEO 
02 Aug 2024 | 21:36
Özbəkistana məxsus təyyarə Bakıya təcili eniş edib
02 Aug 2024 | 21:28
Bakıda 4 ulduzlu otel yanır
02 Aug 2024 | 21:20
Bakı Ali Neft Məktəbi ilə Daşkənd Kimya Texnologiyası İnstitutu arasında ikili diplom proqramı üzrə müqavilə imzalanıb
02 Aug 2024 | 21:12
Banqladeşdə tələbə etirazları yenidən başlayıb
02 Aug 2024 | 21:04
Bakı Ali Neft Məktəbi ilə ADNSU arasında Anlaşma Memorandumu imzalanıb
02 Aug 2024 | 20:56
Göldə və dənizdə çiməndə bu xəstəliklərə yoluxa bilərsiniz
02 Aug 2024 | 20:48
Yuxuda telefon görmək nə deməkdir?
02 Aug 2024 | 20:40
“Nikosayağı” instaqram hesabını bu şəxsə satıb? – FOTO
02 Aug 2024 | 20:32
"Kadırov Putinə qarşı çıxıb?.."
02 Aug 2024 | 20:26
"Fəxri ad alanları sonralar heç bir filmdə, layihədə görə bilmirik" - Xalq artisti
02 Aug 2024 | 20:21
Venesuelada seçkilər: ABŞ Qonsalesi, Rusiya Maduronu prezident kimi tanıyıb
02 Aug 2024 | 20:18
Paris-2024: Azərbaycanın 3x3 basketbol millisi günün ikinci matçında qalib gəlib
02 Aug 2024 | 20:17
2 dəqiqəyə 2 qol - "Qarabağ"-"Araz-Naxçıvan" matçı (Yenilənir)
02 Aug 2024 | 20:15
Pezeşkiana təklif: Hökumətdə azərbaycanlılara yer ver...
02 Aug 2024 | 20:11
Paris-2024: Azərbaycan boksçusu mübarizəni dayandırıb
02 Aug 2024 | 20:03
Bu restoranda nöqsanlar aşkarlandı
02 Aug 2024 | 19:56
Telefonunuzu bu yerlərdə şarj etməyin - TƏHLÜKƏLİDİR
02 Aug 2024 | 19:49
Paris-2024: Şvyontek bürünclə kifayətlənib
02 Aug 2024 | 19:42
Bakıda spirtli içkidən xilas ola bilməyən kişi özünü öldürdü
02 Aug 2024 | 19:36
Moldovada çoxmillətli hərbi təlimlər keçiriləcək
02 Aug 2024 | 19:30
İdman etmədən arıqlamağın FƏSADLARI
02 Aug 2024 | 19:24
Paris-2024: Kokauri 7-ci olub - FOTO - VİDEO
02 Aug 2024 | 19:18
Azərbaycanda vəhşi heyvan kənd sakinlərini qorxuya saldı - VİDEO
02 Aug 2024 | 19:12
“Fransadan da üzrxahlıq gözləyirik” - Ayxan Hacızadə
02 Aug 2024 | 19:06
Nəvəsi Alim Qasımovun arxiv FOTOsunu paylaşdı
02 Aug 2024 | 19:00
Turist izdihamının olmadığı rahat AVROPANIN KÖHNƏ ŞƏHƏRLƏRİ
02 Aug 2024 | 18:54
Azərbaycanda gənc müğənni faciəvi şəkildə öldü - VİDEO - FOTO
02 Aug 2024 | 18:49
"Ağ ölüm”lə mübarizə - FOTO
02 Aug 2024 | 18:48
Süni intellekt həyatımızda nələri dəyişəcək? -EKSPERT AÇIQLADI
02 Aug 2024 | 18:42
Türkiyədə meşə yanğınına müdaxilə edən helikopter suya düşüb
02 Aug 2024 | 18:36
İçərişəhər Qoruğunun İdarə Heyətinin sədri deputatlığa namizəd oldu
02 Aug 2024 | 18:24
Deputatlığa namizədlərin qeydiyyat üçün sənədlərin təqdim edilməsi müddəti başa çatdı
02 Aug 2024 | 18:18
Ucarda qəza edən maşın kanala düşüb, xəsarət alanlar var
02 Aug 2024 | 18:14
“Naxçıvan Muxtar Respublikasının ərazisində sərhəd dirəkləri söküldü...”
02 Aug 2024 | 18:14
Türkan Şoray xalqımızı belə təbrik etdi- VİDEO 
02 Aug 2024 | 18:10
Əsgərlikdən gəldi, müəllimindən qisas almaq istədi: "Mənə niyə 3 yazdın?
02 Aug 2024 | 18:05
Vidadi İsayev Bərdənin Mirzalıbəyli kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
02 Aug 2024 | 18:00
Xəzərdə boğulmaların artmasının səbəbi AÇIQLANDI - VİDEO
02 Aug 2024 | 17:58
Həbsdə olan qardaşına narkotik keçirmək istədi
02 Aug 2024 | 17:54
Nədən Almaniya kansleri rusiyalı killeri təhvil verib?
02 Aug 2024 | 17:50
Artilleriya bölmələri ilə taktiki-xüsusi təlim keçirilir - VİDEO
02 Aug 2024 | 17:49
“Misli” Azərbaycan futboluna dəstəyini davam etdirir
02 Aug 2024 | 17:45
"Ermənistan delimitasiyadan sonra belə mina terroru siyasətini davam etdirir" - Ombudsman
02 Aug 2024 | 17:41
Təbii inhisar subyektlərinin sayı 4 dəfə azaldılıb
02 Aug 2024 | 17:36
Sumqayıt yolunda iki avtobus toqquşdu: bir ölü, 18 yaralı - YENİLƏNİB + FOTO/VİDEO
02 Aug 2024 | 17:32
Bu ərazilərə leysan yağdı - FAKTİKİ HAVA
02 Aug 2024 | 17:26
Spiker və vitse-spiker kimlər olacaq: Bu şəxslərin üzərində dayanılır...
02 Aug 2024 | 17:19
Bayrağımız Dövlət Bayrağı Meydanında yenidən qaldırıldı - VİDEO
02 Aug 2024 | 17:13
"Avropa İttifaqı Trampın Ağ Evə dönüşünə hazırlaşır" - "Financial Times"
02 Aug 2024 | 17:07
Mina qurbanlarının sayı 376-ya çatıb, onlardan 69-u həlak olub
02 Aug 2024 | 17:02
Metroda partlayış olacağını deyən Fəridə hökm oxundu
02 Aug 2024 | 16:57
"O, daxili işlər orqanlarına o qədər meydan vermişdi ki, kimi istəsələr, həbsə atırdılar..."
02 Aug 2024 | 16:57
Bu giləmeyvənin girdiyi evdə infarkt keçirən olmur
02 Aug 2024 | 16:50
Astroloqlar avqust ayı ilə bağlı BÜRCLƏRƏ elə proqnozlar verdilər ki...
02 Aug 2024 | 16:44
Şamxal Həsənov vəzifəsindən azad olundu
02 Aug 2024 | 16:38
İrana vurulan şillə - VİDEO
02 Aug 2024 | 16:32
Armen Ciqarxanyanın oğlu ABŞ-də güllələndi - FOTO
02 Aug 2024 | 16:25
Qəzada aşan avtobusun sürücüsü danışdı - VİDEO
02 Aug 2024 | 16:18
Zərifə Əliyeva küçəsində hərəkət məhdudlaşdırılacaq
02 Aug 2024 | 16:12
İcmadan ABŞ-yə etiraz: Ayrı-seçkiliyə son qoyun!
02 Aug 2024 | 16:05
Gimnastımız Paris-2024-lə vidalaşdı - YENİLƏNİB
02 Aug 2024 | 16:00
Bu küçələrdə təmir işləri davam etdirilir - VİDEO
02 Aug 2024 | 15:54
Beynəlxalq Olimpiya Komitəsi Azərbaycandan ÜZR İSTƏDİ - FOTO
02 Aug 2024 | 15:48
900-ə yaxın abituriyent jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı verəcək
02 Aug 2024 | 15:46
ATMU ali təhsil müəssisələrinin sərgisində
02 Aug 2024 | 15:45
Qazaxın geri qaytarılan kəndində mina partladı - İki nəfərin ayağı amputasiya olundu - YENİLƏNİB
02 Aug 2024 | 15:42
Qərblə Rusiyanın siyasi məhbus mübadiləsi – “casus”lar hələ də dissident sayılır - TƏHLİL
02 Aug 2024 | 15:37
Vahid Əhmədovdan yüksək əxlaq və siyasi mədəniyyət nümunəsi
02 Aug 2024 | 15:37
Bakı-Sumqayıt yolundakı qəzada zərər çəkmiş şəxslərə sığorta ödənişi veriləcək
02 Aug 2024 | 15:32
İsmayıl Haniyə DƏFN OLUNUR
02 Aug 2024 | 15:27
İranın qürurunu xilas etmək üçün əməliyyat keçiriləcək - Hücum planı dəyişdi
02 Aug 2024 | 15:20
Gimnaziyanın direktorunu döyən "Drakon" azadlığa buraxıldı
02 Aug 2024 | 15:13
"Bu yaşıma qədər üzümə estetik etdirməmişəm"
02 Aug 2024 | 15:07
Seçim başlayır: Hansı universitetə üstünlük verməli?.. - Ekspert məsləhəti
02 Aug 2024 | 15:01
Türkiyənin İsrail səfirliyində bayraq endirildi - Foto
02 Aug 2024 | 14:58
Əli cibində atəş açan o idmançı Azərbaycan mediasına DANIŞDI
02 Aug 2024 | 14:53
Şeron Stounun Bodrumdan paylaşdığı foto müzakirələrə səbəb oldu - FOTO
02 Aug 2024 | 14:46
Kirayə evlər BAHALAŞACAQ – Bu TARİXDƏN
02 Aug 2024 | 14:35
“Bir çaynik çayı 32 manata verirlər, belə olmaz!” - Deputatdan ETİRAZ
02 Aug 2024 | 14:30
Röya Ayxanın evliliyinə kimlər mane oldu?.. - FOTO/VİDEO
02 Aug 2024 | 14:23
Gənc maşında sevgilisi ilə cinsi əlaqədə oldu, bunu görən qonşu oğlan... – TƏFƏRRÜAT
02 Aug 2024 | 14:16
“Yoldaşım filmdə çəkilməyə qoymurdu, ayrılan kimi...” - 75 yaşlı aktrisa ilə ÖZƏL MÜSAHİBƏ
02 Aug 2024 | 14:09
Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzi yaradıldı
02 Aug 2024 | 14:03
Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir
02 Aug 2024 | 13:57
Masazırda qanunsuz tikili söküldü - VİDEO
02 Aug 2024 | 13:50
KOBSKA son 6 ayda məhsuldar fəaliyyəti ilə diqqət mərkəzində olub - MÜSAHİBƏ
GÜNLÜK
02 Aug 2024 | 08:40
Ümumdünya Səhiyyə Təşkilatı onu "ŞƏFA BİTKİSİ" adlandırır
02 Aug 2024 | 13:18
Naxçıvanın Kərki kəndinin işğalıyla bağlı Sərkisyanın müraciəti üzə çıxdı...
02 Aug 2024 | 00:59
Dözülməz xəstəlikdən əziyyət çəkən qadın evtanaziya ilə həyatına son verdi
02 Aug 2024 | 13:37
“Təhminə” “Zaur”-un ad gününü belə təbrik etdi: “O mənim...”
02 Aug 2024 | 09:26
Ən uzunömürlü 3 bürc: əksəriyyətinin yaşı 85-dən yuxarıdır
02 Aug 2024 | 13:11
Paris-2024: Cüdoçumuz 1/4 finalda - YENİLƏNİB
02 Aug 2024 | 17:36
Sumqayıt yolunda iki avtobus toqquşdu: bir ölü, 18 yaralı - YENİLƏNİB + FOTO/VİDEO
02 Aug 2024 | 07:59
Putin bu "FSB" killerini 16 siyasi məhbusa dəyişdi...-O, Sobçakın qətlində şübhəlidir...
02 Aug 2024 | 09:24
Türkiyədə İnstaqram qadağan edildi- BU SƏBƏBDƏN 
02 Aug 2024 | 13:06
Xalq artisti özünə qoyduğu QADAĞALARDAN DANIŞDI: "3-4 təklif gəlib, amma..." - ÖZƏL+FOTO
HƏFTƏLİK
29 Jul 2024 | 16:24
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
31 Jul 2024 | 08:00
Pensiya yaşı yenidən qaldırılır?-  65-dən...
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
29 Jul 2024 | 15:44
Əhaliyə 30-31 iyulla bağlı XƏBƏRDARLIQ – Ehtiyatlı olun!
31 Jul 2024 | 08:09
Bu şəxslər avqust ayında qazanc əldə edəcək - DOLÇA...
31 Jul 2024 | 21:45
Avqustda gözlənilən maqnit qasırğaları: Təhlükəli günlərin CƏDVƏLİ
31 Jul 2024 | 11:34
"Vətəni haqda pis düşünən insan..." - “Qaynana” filminin AFƏTİ ilə ÖZƏL MÜSAHİBƏ - FOTOLAR
28 Jul 2024 | 19:08
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
28 Jul 2024 | 08:56
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir - FOTOlar
AYLIQ
02 Aug 2024 | 08:40
Ümumdünya Səhiyyə Təşkilatı onu "ŞƏFA BİTKİSİ" adlandırır
02 Aug 2024 | 13:18
Naxçıvanın Kərki kəndinin işğalıyla bağlı Sərkisyanın müraciəti üzə çıxdı...
02 Aug 2024 | 00:59
Dözülməz xəstəlikdən əziyyət çəkən qadın evtanaziya ilə həyatına son verdi
02 Aug 2024 | 13:37
“Təhminə” “Zaur”-un ad gününü belə təbrik etdi: “O mənim...”
02 Aug 2024 | 09:26
Ən uzunömürlü 3 bürc: əksəriyyətinin yaşı 85-dən yuxarıdır
02 Aug 2024 | 13:11
Paris-2024: Cüdoçumuz 1/4 finalda - YENİLƏNİB
02 Aug 2024 | 17:36
Sumqayıt yolunda iki avtobus toqquşdu: bir ölü, 18 yaralı - YENİLƏNİB + FOTO/VİDEO
02 Aug 2024 | 07:59
Putin bu "FSB" killerini 16 siyasi məhbusa dəyişdi...-O, Sobçakın qətlində şübhəlidir...
02 Aug 2024 | 09:24
Türkiyədə İnstaqram qadağan edildi- BU SƏBƏBDƏN 
02 Aug 2024 | 13:06
Xalq artisti özünə qoyduğu QADAĞALARDAN DANIŞDI: "3-4 təklif gəlib, amma..." - ÖZƏL+FOTO