Ağabala Ramazanov futbolçu karyerasını başa vurub
2604
19 Jun 2024 | 10:44

Ağabala Ramazanov futbolçu karyerasını başa vurub

Azərbaycan millisinin sabiq üzvü Ağabala Ramazanov futbolçu karyerasını başa vurub.
 
Bu barədə "Səbail"dən ayrılan oyunçu özü sosial şəbəkə hesabında bildirib.
 
32 yaşlı futbolçu bu qərarın çox ağır və üzücü olduğunu söyləyib.
 
"Çox ağır və üzücü olsa da, futbolçu kimi karyeramı bitirməyi qərara aldım. Çox sevdiyim futbolu sonlandırmaq məcburiyyətindəyəm. Özümə yeni səhifə açmağın zamanı gəldiyini düşünürəm. Çox ağır zədə almışdım, şükür ki, ailəmin və sevdiklərimin yanındayam. Hər şeyin sonu olduğu kimi, futbol oynamağın da bir sonu var. Azərbaycan millisində və klublarda çıxış etdiyim bütün komanda yoldaşlarıma öz təşəkkürümü bildirirəm, hər kəsə uğurlar!", - deyə o, bildirib.
 
Qeyd edək ki, A. Ramazanovun sonuncu klubu "Səbail" olub.
Link kopyalandı!
Son xəbərlər