Federasiya futbolçunun əvvəllər İspaniya federasiyası ilə bağlı olduğu və rəsmi oyunlarda çıxış etdiyi üçün Afrika millisində oynamaması barədə qərar verib. Digər tərəfdən, heyətin dəyişdirilməsi ilə bağlı sorğunun FİFA vasitəsilə təqdim edilməməsi prosesi qanunsuz edilib. Buna baxmayaraq, Nsue Ekvatorial Qvineya millisində oynamağa davam edib.
34 yaşlı futbolçu indiyədək Ekvatorial Qvineya millisində 42 oyun keçirib və 23 qol vurub. 2023-cü ildə Afrika Millətlər Kuboku zamanı o, turnirin bombardiri olub. O zaman beş qol vurub.
Lakin bu ilin martında FİFA yeni araşdırmaya başlayıb. “The Athletic” nəşri nəticələri dərc edib. Məlum olub ki, Nsue heç bir izahat vermək niyyətində deyil. Beləliklə, cərimə cəzaları tətbiq edilib.
Ekvatorial Qvineya millisi 164 min dollar ödəməlidir. 34 yaşlı futbolçu 6 ay müddətinə beynəlxalq oyunlarda iştirakdan kənarlaşdırılıb. Bundan əlavə, Qvineyanın 2026-cı il Dünya Çempionatının seçmə turnirindəki nəticələri ləğv edilib, Namibiya və Liberiya ilə oyunlara görə məğlubiyyət elan edilib. Bu komandalar əvvəllər Nsuenin qollarından sonra 1:0 hesabı ilə məğlub olmuşdular.
Qərar yalnız FİFA tərəfindən təşkil edilən oyunlara şamil edilir.
Təcrübəli oyunçu hazırda İspaniya üçüncü divizionunda çıxış edən “İnterciti” komandasının üzvüdür. Futbolçu vaxtilə "Malyorka", "Real Sosyedad", "Midlsbro" və "Birminqem"də də çıxış edib.
(Lent.az)