17:15
10°C
Bakı
“FourFourTwo” nəşri 2000-ci illərin ən yaxşı hücumçularının siyahısını açıqlayıb.
Sıralamaya Fransa millisinin sabiq futbolçusu Tyerri Anri başçılıq edir.
İkinci yerdə braziliyalı Ronaldo, üçüncü pillədə isə ingiltərəli Ueyn Runi qərarlaşır.
İlk “10-luq”da digər yerləri müvafiq olaraq Zlatan İbrahimoviç (İsveç), Samuel Eto'o (Kamerun), Andrey Şevçenko (Ukrayna), Didye Droqba (Fil Dişi Sahili), David Trezeqe (Fransa), Raul Qonsales (İspaniya) və Rud van Nistelroy (Niderland) tuturlar.