“Qalatasaray”ın əfsanəvi baş məşqçisi Fatih Terimin sosial şəbəkə hesabı oğurlanıb.
Təcrübəli mütəxəssisin “Instagram” hesabında “Fənərbağça”nın prezidenti Ali Koçla videosu paylaşılıb və bu ifadələr yer alıb: “Dostlar, biz adıkeçən adamlarla rəqib belə deyilik”,
Bir müddət sonra hesabını qaytaran Fatih Terim həmin paylaşımın nəzərə alınmamasını xahiş edib:
“Bu gün sosial şəbəkə hesabımın oğurlanmasından sonra səhifəmdə nəzarətdənkənar paylaşım edilib. Qısa müddət ərzində fərqinə varılan bu paylaşım silindikdən sonra hesabım geri qaytarılıb. Həmin paylaşımı nəzərə almamağınızı xahiş edirəm”.
Mənbə: NTV Spor