“Qarabağ”ın futbolçusu: “Avropada bəzi komandalar bizdən qorxurlar”
İdman
3200
27 May 2023 | 17:15

“Qarabağ”ın futbolçusu: “Avropada bəzi komandalar bizdən qorxurlar”

“Titul qazandığımıza görə çox xoşbəxtik. Avrokuboklarda da yaxşı çıxış etdik. Avropada bəzi komandalar “Qarabağ”dan qorxurlar”.
 
Bunu “Qarabağ”ın futbolçusu Marko Veşoviç jurnalistlərə açıqlamasında deyib.
 
Monteneqrolu müdafiəçi performansından razı olduğunu söyləyib: “Təbii ki, performansımdan razıyam. Əsasən də, mövsümün ilk yarısındakı çıxışımdan. Amma bilirəm ki, daha yaxşı ola bilərəm. Onu etməyə çalışacağam”.
 
Təcrübəli futbolçu komandanın Çempionlar Liqasında çətin rəqiblərlə üz-üzə gələcəyini deyib: “Çox çətin komandalarla qarşılaşacağıq. İndidən dəqiq nəsə demək çətindir. Ancaq bəzi komandalardan xəbərim var. Rumıniya, Polşa kimi ölkələrin çempionları yer alıblar. Onlara qarşı yaxşı hazırlaşmaq lazımdır. Keçən mövsüm hər raundda bizə ən ağır rəqiblər düşürdü. Çempionlar Liqasının qrupuna düşmək yolu çox çətin idi. Amma biz heç kimdən qorxmuruq, Çempionlar Liqasında bütün rəqiblərə qarşı oynayacağıq”.
 
Veşoviç heç bir komandadan çəkinmədiklərini bildirib: “Biz hər bir komandanı məğlub edə bilərik. Bunu da göstərmişik. Ona görə deyirəm ki, heç kimdən qorxmuruq. Amma keçən il Çempionlar Liqasının qrupuna düşmək üçün ağır yol getdik. Fikirləşirəm ki, bu dəfə bizə yüngül olar. Püşkatmanın necə olacağı çox maraqlıdır. Ona görə deyirəm ki, hansı rəqib düşsə, oynayacağıq. Daha da yaxşı olmaq istəyiriksə, bundan uğurlu çıxış etməliyik. Çünki potensialımız var”.
 
Link kopyalandı!
Son xəbərlər