“Paris Saint-Germain”in argentinalı hücumçusu Lionel Messi “Qızıl top"u qazanmaq üçün əsas favorit olaraq qalır.
Bu haqda “Goal.com” məlumat yayıb.
Nəşr bu mükafatı qazanmaq üçün favoritlərin yenilənmiş reytinqini dərc edib.
Messi birinci sırada qalıb, ikinci yerdə “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haaland, üçüncü yerdə “PSJ”nin fransalı hücumçusu Kilian Mbappe qərarlaşıb.
İlk 10-luq belə verilib:
1. Lionel Messi (Argentina, PSJ);
2. Erlinq Holland (Norveç, Mançester Siti);
3. Kilian Mbappe (Fransa, PSJ);
4. Vinisius Junior (Braziliya, Real Madrid);
5. Kərim Benzema (Fransa, Real Madrid);
6. Viktor Osimhen (Nigeriya, Napoli);
7. Xviça Kvaratsxeliya (Gürcüstan, Napoli);
8. Kevin De Bruyne (Belçika, Mançester Siti);
9. Markus Raşford (İngiltərə, Mançester Yunayted);
10. Robert Levandovski (Polşa, Barselona).