- Sabiq komandalarınız “Qarabağ” və “Neftçi”nin hazırkı çıxışları barədə nə deyə bilərsiniz?
- “Qarabağ”ın uğurlarını görürəm. “Neftçi”dən daha çox nailiyyətlər gözləyərdim. Çünki bu komanda daha artığına layiqdir. Ümid edirəm ki, “ağ-qaralar”ı tezliklə Çempionlar Liqasında görəcəyik.
- Azərbaycan millisi barədə nə deyə bilərsiniz? Matçları izləyirsinizmi?
- Son nəticələrə görə məyusam və təəssüflənirəm. Amma hər şeyin yaxşı olacağına inanıram. Ən azından evdəki görüşlərdə yaxşı nəticələr qazanıla bilər.
- Sizcə, uğursuzluğun əsas səbəbi nədir?
- Bilmirəm. Amma yığmanın ölkə xaricində az futbolçusu çıxış edir. Çempionatın səviyyəsi elə də güclü deyil.
- Sizin oynadığınız dövrlə müqayisədə çempionatın səviyyəsi ilə bağlı nə deyə bilərsiniz?
- Daha əvvəl “Neftçi”, “İnter” (hazırkı “Şamaxı”), “Xəzər Lənkəran” və “Bakı” klublarında daha güclü legionerlər oynayırdılar. “Karvan” və AZAL da pis deyildi. Məncə, mənim vaxtımda komandalara gələn əcnəbi oyunçular daha güclü idilər.
- Azərbaycanda kimlərlə əlaqələriniz davam edir?
- Bir neçə dostumla əlaqələrim var. Amma ad çəkmək istəmirəm.