İndi də bu ada o layiq görüldü – VİDEO
193
10:30, Bu gün

İndi də bu ada o layiq görüldü – VİDEO

Hər il People jurnalı məşhurlar arasında “Dünyanın ən seksual kişisi” (Sexiest Man Alive) titulunu elan edir. Bu fəxri ada iki dəfə layiq görülənlər arasında Corc Kluni və Bred Pitt kimi Hollivud ulduzları da olub. 2016-cı ildə bu ada Dueyn “Qaya” Conson, 2017-ci ildə Bleyk Shelton, 2018-ci ildə İdris Elba, 2019-cu ildə Con Lecond, 2020-ci ildə Maykl B. Cordan, sonrakı illərdə isə Pol Radd, Kris Evans, Patrik Dempsey və Con Krasinski layiq görülüblər.

Bizim.Media xəbər verir ki, 2025-ci ildə “People” jurnalına görə dünyanın əsas seks-simvolu 37 yaşlı Conatan Beyli olub.

O, teatr və kino aktyoru, “Netflix”in məşhur “Bridgertonlar” dram serialında Entoni Bridgerton obrazını canlandıraraq geniş tanınıb. Bu rola görə o, Amerika Kino Aktyorları Gildiyasının “Dram serialında ən yaxşı aktyor ansamblı” nominasiyasına təqdim olunub.

“Bu, böyük bir şərəfdir. Əlbəttə ki, mənim üçün inanılmaz dərəcədə xoşdur. Eyni zamanda tamamilə absurd görünür. Bu, sirr kimi saxlanılırdı, indi dostlarımın və ailəmin bunu öyrənməsini səbirsizliklə gözləyirəm”, – deyə Beyli People jurnalına bildirib.


Bizim.Media

Link kopyalandı!
Son xəbərlər