“Nə deyə bilərəm? Narazıyam...”
İdman
2428
30 Nov 2015 | 20:43

“Nə deyə bilərəm? Narazıyam...”

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının 14-cü turunda “Rəvan”la bərabərə qaldıqları oyunu (1:1) şərh edib.

“Qafqazinfo”nun məlumatına görə, o, nəticədən narazı olduğunu vurğulayıb:

“Oyun barədə nə deyə bilərəm? Nəticədən narazıyam. Biz bu oyunda qalib gəlmək istəyirdik. Hücumlarımızın sonluğunu gətirə bilmirdik. Top bizdə çox olurdu, çox hücumlar edirdik, ancaq bu hücumları qola çevirə bilmədik. Bu bizim çatışmazlığımız kimi qalır. Bu səbəbdən xeyli xallar itiririk”.
Link kopyalandı!
Son xəbərlər