ABŞ-dan hiyləgər addım: Bunu etmək üçün İkinci Dünya müharibəsi ilə bağlı videoları izləyirmişlər...
Hərb
1703
26 Jan 2025 | 14:17

ABŞ-dan hiyləgər addım: Bunu etmək üçün İkinci Dünya müharibəsi ilə bağlı videoları izləyirmişlər...

ABŞ hərbi hava qüvvələri öz peşəkarlığını artırmaq üçün maraqlı üsuldan istifadə edib.

 

Moderator.az ABŞ hərbi nəşrinə istinadən xəbər verir ki, bu məqsədlə Amerika ordusunda  İkinci Dünya müharibəsi ilə bağlı real videolarla bağlı dərslər və təhlili müşahidələr həyata keçirilib.

 

Alman və müttəfiq ordularının hərbi hava qüvvələrinin hücum və uçuş manevrlərinin izlənilməsi, bombardman əməliyyatlarının təhlili ABŞ Hərbi Hava Qüvvələrinin əsas təlim məşğələlərindən birini təşkil edirmiş. Pentaqon hesab edib ki, İkinci Dünya müharibəsinin dəsləri müasir hərbi əməliyyatlar üçün də effektivdir və bu əməliyyatlarda öyrənilməsi gərəkən çox şey var.

 

Qeyd edək ki, Trampın hakimiyyətə gəlişi ilə hərbi tədris proqramlarında ciddi dəyişikliklərin edilməsi gözlənilir. Bu dəyişiklikərdən biri kimi sözügedən dərslərin “gerilik nümunəsi” kimi məşğələlərdən çıxarılması planlaşdırılır.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər