İsraildən HƏMAS-a daha bir zərbə: Kassab öldürüldü
Hərb
2408
01 Nov 2024 | 23:00

İsraildən HƏMAS-a daha bir zərbə: Kassab öldürüldü

İsrail Müdafiə Qüvvələrinin əsgərləri Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun üzvlərindən olan İzzəddin Kassabı öldürüblər.
 
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
 
Məlumata görə, o, İsrail Hərbi Hava Qüvvələrinin kəşfiyyat məlumatları əsasında həyata keçirdiyi hədəfli zərbə nəticəsində Xan Yunis şəhəri yaxınlığında məhv edilib.
 
Bildirilib ki, Kassab HƏMAS Siyasi Bürosunun Qəzza zolağında sağ qalan sonuncu yüksək rütbəli üzvlərindən biri olub. Onunla yanaşı köməkçisi Ayman Ayeş də öldürülüb.
 
İsrail ordusu “əhəmiyyətli gücə malik olan” Kassabın İsrailə qarşı terror hücumlarının təşkilində iştirak etdiyini qeyd edib.
 
Publika.az
Link kopyalandı!
Son xəbərlər