Ukrayna hərbçiləri Rusiya tərəfdə vuruşan Misir vətəndaşını əsir götürdü...
Hərb
1947
07 Oct 2024 | 09:31

Ukrayna hərbçiləri Rusiya tərəfdə vuruşan Misir vətəndaşını əsir götürdü...

Rusiya işğalçılarının sıralarına qoşulan Misir vətəndaşı Ukrayna ordusu tərəfindən əsir götürülüb.
 
Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, onunla söhbəti “Azadlıq” radiosunun Ukrayna bürosunun “Donbass Realities” layihəsi dərc edib. 
 
İşğalçı deyir ki, bu il martın 3-də Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb. O, bu davranışını vizasının başa çatması ilə izah edir - ölkədəki universitetlərdən birində oxuyur.
 
"İnternetdə oxudum ki, qanuna görə, Rusiya vətəndaşı deyilsinizsə, sizi xüsusi hərbi əməliyyata göndərə bilməzlər", - deyə misirli bildirib.
 
Əcnəbi iddia edir ki, o, Ukraynada müharibəyə getməkdən imtina edib və bu səbəbdən onu həbsdə saxlayıblar. Onun sözlərinə görə, əvəzindən Rusiya vətəndaşlığı üçün müraciət ediblər, sonra isə döyüşə göndəriblər. Adam iki ay Donetsk vilayətindəki poliqonda olub, bundan sonra Kuraxovski istiqamətində Ukrayna mövqelərində hücuma qatılıb. O, iki piyada döyüş maşını ilə hərəkət edən 12 nəfərlik qrupa daxil olub.
 
Ukraynanın 33-cü briqadasının təqdim etdiyi videoda bir qrup işğalçının təslim olması görüntülənib. İşğalçı bildirir ki, onlar rabitəsiz və susuz qaldıqları üçün təslim olublar. Bu zaman öz artilleriyaları onlara atəş açmağa başlayıb - bir Misir vətəndaşı yaralanıb, daha iki rus əsgəri isə həlak oldu.
 
“Düzünü desəm, biz sadəcə "top əti"yik. Sən döyüşə getmək istəmirsənsə, o zaman səni bir quyuya salırlar və günlərlə işıq üzü görmürsən.  Adam tanıyıram ki, üç həftə quyuda qalıb”,  Rusiya tərəfində döyüşmüş misirli belə deyir.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər