Fitso Qərbin Ukraynada münaqişənin davam etməsini istədiyini bildirib
1618
06 Oct 2024 | 18:09

Fitso Qərbin Ukraynada münaqişənin davam etməsini istədiyini bildirib

Qərb ölkələri Rusiyanı zəiflətmək üçün Ukraynada münaqişənin davam etməsini istəyirlər.
 
Moderator.az “Pravda” portalına istinadən xəbər verir ki, bu barədə Slovakiya Baş naziri Robert Fitso bildirib.
 
“Qərb Ukraynada müharibə istəyir”, – o vurğulayıb.
 
Hökumət başçısı hesab edir ki, münaqişə Qərbin dəstəyi ilə “rusları diz çökdürmək” məqsədilə davam edir.
 
Qeyd olunur ki, baş nazir tezliklə atəşkəs və sülh sazişinin bağlanmasında israr edir və vəziyyətin hərbi vasitələrlə həll edilə bilməyəcəyinə, daha da gərginləşmənin isə yalnız hər iki tərəfdən çoxsaylı qurbanlara səbəb olacağına əminliyini ifadə edir.
Link kopyalandı!
Son xəbərlər