Bizi sosial şəbəkələrdən izləyin:
"İsrİlin Dahiyədəki yeraltı bunkerə zərbə endirdiyi məqamdan "Hizbullah" onunla əlaqə yarada bilmir..."
Hal-hazırda "Hizbullah"ın mərhum lideri Həsən Nəsrullahın varisi Həşim Səfiyəddinin aradan götürüldüyünü daha çox təsdiq edən məlumatlar gəlməkdədir.
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın CNN telekanalı Livanın təhlükəsizlik xidmətlərindəki mənbəyə istinadən məlumat verib. Məlumatı "israelinfo.co.il" nəşri yayıb.
Məlumatda deyilir ki, "Hizbillah" İsrailin Dahiyədə yeraltı bunkerə zərbə endirdiyi məqamdan Səfiyəddinlə əlaqə yarada bilmir.
"Reuters" agentliyinin məlumatına görə, İsrailin Beyrutun cənub ətrafına zərbələri davam edir, habelə rayonda xeyli dağıntılar xüsusi xidmət orqanlarına hücum yerinə yaxınlaşmağa imkan vermir.
Səfiyəddinin həlak olması barədə Səudiyyə Ərəbistanının "Əl-Xudat" telekanalı birbaşa məlumat yayıb. Bundan başqa, bu kanalın mənbələrinin məlumatına görə, Səfiyəddinlə birlikdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir neçə zabiti də həlak olub.
Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) ekspertləri İrandakı vəziyyəti müzakirə edərkən maraqlı nəticələrə gəlib.
Belə ki, bəzi məlumatlara görə, "Qüds" qüvvələrinin komandanı, general İsmayıl Kaani, ehtimal ki, həlak olub və ya yaralanıb. İsrail mətbuatı məlumat verib ki, hazırda Livanda Kaaninin Beyruta zərbə nəticəsində zərərçəkənlər arasında olduğu yoxlanılır.
Xatırladaq ki, Həşim Səfiyəddinin aradan götürülməsini ilk olaraq "Əl-Ərəbiyyə" kanalı təsdiq edib. Kanalın mənbələrinin məlumatına görə, Nəsrullahın varisi ilə birlikdə həmin bunkerdə olan "Hizbullah"ın bir neçə yüksək vəzifəli liderləri və funksionerləri də həlak olub.